Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
11:56
322
Azərbaycanda İİV-ə yoluxanların sayı 4332 nəfərə çatdı

Bu ilin 9 ayı ərzində Azərbaycanda 604 nəfər İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxub.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu il oktyabrın 1-dək 4332 nəfər Azərbaycan vətəndaşı İİV-ə yoluxub. Onların 73,5 faizi (3183 nəfər) kişi, 26,5 faizi (1149 nəfər) qadındır.

Hazırda ölkədəki xəstələrin 1191 nəfər QİCS mərhələsindədir. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək Azərbaycanda İİV infeksiyasından 729 nəfər dünyasını dəyişib.

Ötən illər ərzində İİV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 2382 nəfərdə (55%) inyeksion yolla, 1524 nəfərdə ( 35,2 faizi) heteroseksual, 77 nəfərdə (1,8%) homoseksual yol, 79 nəfərdə (1,8%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 270 nəfərində (6,2%) yoluxma yolu müəyyən edilməyib.

Belə xəstələrin müalicəsi üçün tətbiq edilən antivirus terapiyaya 2006-cı ildən indiyə kimi 2784 nəfər cəlb edilib.

Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir. Ölkə üzrə İİV-in ən çox yayıldığı ikinci rayon Hacıqabul, üçüncü rayon Astara, dördüncü rayon Lənkəran, 5-ci şəhər isə Sumqayıt, 6-ci yeri isə Yevlax tutur. Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1437

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
408

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
152

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1157

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
948

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2293

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
995
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 02:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru