Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2015
10:13
İslam Partiyası ilahiyyatçı Tale Bağırzadə ilə bağlı bəyanat verib

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan İslam Partiyası ilahiyyatçı Tale Bağırzadə ilə bağlı polis bölməsində baş verənlərlə əlaqədar bəyanat verib. Bəyanatda deyilir: 

“Müsəlman Birliyinin Hərəkatının rəhbəri, ilahiyyatçı Tale Bağırzadəyə qarşı polis bölməsində edilən təzyiq və hörmətsizlik ümumilikdə ruhanilərə və ölkə inanclılarına qarşı edilən hörmətsizlikdir. Bütün bunlar ölkədə islama və islami dəyərlərə qarşı illər öncə baş qaldırmış repressiyyanın tərkib hissəsidir. Əslində Tale Bağırzadəyə qarşı qalxmış əl ümumilikdə ölkə ruhanilərinə və ölkənin müsəlman toplumuna qarşı edilmiş hörmətsizlikdir. Görünən budur ki, son günlər MTN-lə bağlı baş verən məlum olaylar bəzi polis əməkdaşlarına dərs  olmayıb və polis rəisləri öz vəzifələrindən sui-istifadə etməkdə israrlıdırlar. Eyni halda onu da xatırlatmaq istəyirik ki, son vaxtlar ölkədə xarici qüvvələrin hökumətlə inanclılar arasında xüsusi konflikt və qarşıdurma yaratmaq cəhdləri müşahidə olunur. Mümkündür ki, Tale Bağırzadəyə qarşı əl qaldıran polis rəisi bilərəkdən və ya bilməyərəkdən sözügedən planın oyunçularından birinə çevrilsin. AİP olaraq hesab edirik ki, Tale Bağırzadəyə məlum cinayəti edən polis əməkdaşları dərhal cəzalandırılmalı və lazımı ölçülər götürülməlidir.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
513

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
424

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
651

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
501

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
435
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 13:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru