Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
20:46
324
Amerika Azərbaycandakı seçkilərin nəticələrini tanıdı

"ABŞ Azərbaycanın yeni seçilmiş parlamenti ilə əməkdaşlıq edəcək." Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikaznın Səsinin sualının cavabında bildirib.

Onun sözlərinə, ABŞ bütün dünya ölkələri ilə bunu edir və burada qeyri-adi heç nə yoxdur.

"Biz seçkilərdən əvvəl də bəyan etmişdik ki, seçilmiş millət vəkilləri ilə əməkdaşlıq edəcəyik", o qeyd edib.  

ABŞ Dövlət Departamentinin bəyanatına diqqət çəkən diplomat bildirib ki, həmin açıqlamada seçkilərin hakim partiyanın üstünlüyü ilə keçdiyi, amma ATƏT DTİHB-nin seçkiləri müşahidə etməməsindən təəssüf hissi bildirilib.

Səfir Sekuta ABŞ-ın Azərbaycan prezidentininin Əfqanıstandakı əməliyyatlara dəstək məsələsində qanuni çərçivəsinin yenilənməsi ilə bağlı öz minnətdarlığını bildirib.  

"Sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq hər iki ölkə üçün vacibdir", o qeyd edib.

Səfir Amerikanın Səsinin iki ölkənin siyasi və iqtisadi sahədə əməkdaşlığının perspektivləri barədə sualının cavabında deyib.

"Bizim ölkələrimiz bu istiqamətdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq hər iki ölkə üçün vacibdir və bunun davam etdirilməsi də hər iki ölkə üçün faydalıdır. Mən bir daha bildirirəm ki, bizim Azərbaycanla güclü, müsbət əlaqələrimiz var, və bu əlaqələr geniş spektrli bir sıra məsələlər və sahələr üzrə bundan sonra da davam edəcək. Qaldı ki, Azərbaycan hökumətinin bu məslələrə münasibətinə, onu Azərbaycan hökumətinin özündən soruşun. Bu yaxınlarda Azərbaycan hökumətinin müxtəlif qurumları ilə söhbət etmiş nir şəxs kimi Sizi əmin edə bilərəm ki, ABŞ-ın Azərbaycanla güclü və hərtərəfli əlaqələr üzrə çox güclü marağı var ", o qeyd edib.

Cənab Sekuta ATӘT-in  20 ildәn çox davam edәn Dağlıq Qarabağ münaqişәsini hәll edә bilmәmәsi ilə bağlı sualın cavabında deyi ki, hәr hansl tәşkilat, o cümlәdәn ATӘT suveren, müstәqil dövlәtlәri nәsә etmәyә vadar edә bilmәz. 

Onun sözlәrinә görә, ATӘT soyuq müharibәn sonra ölkәlәr üçün sülh vә rifah naminә әsas baza prinsiplәrini müәyyәn edir.

"Bunların arasında әrazi bütövlüyü, güc tәtbiq etmәmәk vә bununla hәdәlәmәmәk, öz müqәddәratını tәyin etmәk prinsiplәri var. Burada iqtisadiyyat, insan haqları vә tәhlükәsizlik sahәlәri üzrә dә mәsәlәlәr var. Bu tәşkilat çәrçivәsindә ATӘT-in Minsk qrupu hәmsәdrlәri 2 ölkәni bir araya gәtirmәk, sülh yolu ilә nizamlanma istiqamәtindә irәlilәyiş әldә etmәyә çalışırlar. Bu tәşkilat münaqişәnin nizamlanma çәrçivәsini müәyyәn edir. Bu struktur olmadan biz әsrin әvvәlindәki vәziyyәtә qayıda bilәrik. Mәhz bu baxımdan tәşkilatın әhәmiyyәti bir daha diqqәtә çatdırılır", o qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
103

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
95

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
203

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
145

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
102

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
113

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
129

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
167

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
129

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru