Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2015
21:47
326
Azərbaycanda taksilərlə bağlı YENİ QAYDA - VİDEO

Azərbaycanda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni qaydalar hazırlanıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 "Sərnişin stansiya qurğuları və avtomobilləri" dövlət standartı təsdiq edilib.

Yeni standarta əsasən, ölkədə istismar edilən taksi minik avtomobilləri nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış ili 15 ildən artıq olmayan avtomobillər olmalıdır. 5 il öncəki standartda qeyd edilən - Bakı şəhərində istismar edilən taksilər sırf taksi xidməti göstərmək üçün nəzərdə tutulan sərnişin tutumu 5 nəfər olan avtomobillər olmalı, həmçinin mühərriklərinin həcmi 2500 kub sm.dən az olmamalı və AVRO 3 və ya AVRO 4 standartlarına cavab verməlidir - tələbləri də sənəddən çıxarılıb.

Avtobusların və taksi minik avtomobillərinin iç tərtibatı da standartda qeyd olunub. Belə ki, avtobusların içində avtonəqliyyat vasitəsinin və daşıyıcının adı, sürücünün adı, atasının adı və soyadı, tibb qutusunun yeri, şəhərin marşrut şəbəkəsinin sxemi və s. məlumatlar olmalıdır. Taksi-minik avtomobilində isə sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri taksometr aparatı ilə təchiz olunmalıdır.

Yeni standarta əsasən GPS monitorinq mərkəzinin GPS aparatının quraşdırılması məcburi deyil. Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim edilib.

Məqalədə : taksi qayda 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3393

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1624

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2741

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1074

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1105

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 18:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru