Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2015
22:06
MTN-nin keçmiş şöbə rəisi: `Heç vaxt imkan vermərəm onlar dinə gəlsinlər…`
Ruhani Abgül Süleymanov MTN təcridxanasındakı söhbətlərindən yazdı

Noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifədən azad edilib. Bundan sonra MTN-nin bir sıra idarə rəisləri, onların müavinləri işdən çıxarılaraq həbs edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, üzümüzə gələn həftə MTN-də daha bir neçə sensasion həbslərin olacağı gözlənilir. Qeyd edək ki, ruhani hacı Abgül Süleymanovun istintaqının rəhbərliyini Vüsal Ələkbərov öz üzərinə götürmüşdü. O İstintaq İdarəsinin şöbələrindən birinin rəisi, polkovnik-leytenant rütbəsində idi.

“Allahdan danışanda qulaqlarını tutardı…”

Bu cümlə Abgül Süleymanovun təcridxana xatirələrindəndir. Abgül Süleymanov təcridxana xatirələrində bu gün həbs olunan MTN müstəntiqi haqda yazır:

“Bir ildən çox MTN təcridxanasında, xüsusilə MTN-nin yüksək rütbəli məmurları ilə maraqlı söhbətlərim olurdu. Belə söhbətlərdən biri MTN-nin İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyevlə olmuşdu.  Söhbətə başlayanda o mənə, “Nə istəyirsiz?”, - dedi…  Mən isə ona, “Hicabı orta məktəblərdə niyə qadağan edirsiz?” deyə sual etdim.  Cavabında, “Mən etməmişəm, İran edib…”, - dedi.  Mən generala “İran bizə hicab qadağan edəb bilər?! Özü islam ölkəsi ola-ola belə şey, özü də bizim ölkəmizdə?…. Söz tapmırsan danışmağa?” dedim…  Dedi ki, “Bilirsən, niyə hicabı qadağan etmişik? Ona görə ki, sən Abgül, bir vaxt çıxıb deyəcəksən ki, şərab içmək haramdır, şərab zavodları bağlanılsın. Harada ki, hicablı xanımlar var, durub sən dediyini deyəcəklər. Onlar deyəcəklər ki, eşitmədiz, Abgül deyir, şərab haramdır və şərab zavodları bağlanılsın…”

Digər barəsində danışmaq istədiyim şəxs mənim istintaqımı aparan polkovnik leytenant, İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovdur. Bu şəxsə Allah haqqında danışanda qulaqlarını iki əllə yumar və “mənim yanımda Allahdan danışma”, - deyərdi. Mən ona bir dəfə, “vaxt gələcək, övladlarınız namaza, oruca dinə gələcək. Bizə qoşulacaqlar”, - dedim. O isə, “heç vaxt imkan vermərəm onlar dinə gəlsinlər” söylədi."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
202

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
213

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
333

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
327

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru