Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2015
11:56
Azərbaycanda nə qədər erməni yaşayır? – RƏSMİ

Azərbaycanda ermənilər təkcə işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşamırlar. Hazırda Qarabağ istisna olmaqla, Azərbaycanın müxtəlif rayon və şəhərlərində erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Amma bu rəqəmlər rəsmi şəkildə öz təsdiqini tapmayıb.

Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə bu barədə bildiriblər.

Bakıda yaşayan ermənilərin böyük bir hissəsi ad və soyadlarını dəyişərək özlərini rus, yaxud da yəhudi kimi təqdim edirlər. Əksər hallarda onlar öz mənşələrini gizlətməyə çalışırlar. Hazırda daha çox Bakıda yaşayan ermənilər yaşlı nəslin nümayəndələridir. 

Ümumilikdə, Azərbaycanda nə qədər erməni yaşayır?

Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanovun azvision.az-a verdiyi məlumata görə, əhalinin milli tərkibi haqqında məlumatlar yalnız 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir. 

1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış ekspert hesablamaları nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120 086 nəfər təşkil edib və 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 nəfər olub.

Onların əksəriyyəti (104 nəfər) Bakı şəhərində məskunlaşıblar.

R. Süleymanov onu da qeyd edib ki, beynəlxalq metodologiyaya görə əhalinin siyahıyaalınması zamanı sorğu olunan şəxslərdən heç bir sənəd tələb olunmur və hər bir şəxs milliyyətini özü müəyyən etməklə sorğunu aparan şəxsə bildirir.

Komitə rəsmisi onu da qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının hansı vəzifədə çalışdıqları ilə bağlı göstəricinin Dövlət Statistika Komitəsində statistik müşahidəsi aparılmır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
225

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
219

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
252

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
274

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
432
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 02:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru