Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2015
16:08
Keçən il 1,5 mln. nəfər vərəmdən dünyasını dəyişib

"Dünyada vərəm xəstəliyinə qarşı aparılan mübarizə öz bəhrəsini verir. Belə ki, bu il xəstəlikdən dünyasını dəyişənlərin sayı 1990-ci ildəki göstəricinin təxminən yarısına bərabərdir. Bununla belə, keçən il 1,5 mln. nəfər məhz vərəmdən dünyasını dəyişib. Bu ölümlərin də böyük əksəriyyətinin qarşısı alına bilərdi". Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi "ÜST: Vərəm Hesabatı 2015" adlı sənədində bildirilir.

Hesabatda qeyd olunub ki, xəstəliyin diaqnostikasında və müalicəsində olan boşluqlar aradan qaldırılmalı, dərman və vaksinlərin alınması üçün lazım olan maddi vəsait çatışmazlığı həll olunmalıdır. Hesabata görə, 2000-2015-ci illər ərzində səmərəli diaqnostika və müalicə sayəsində 43 mln. insanın həyatı xilas edilib.

ÜST-ün baş direktoru Marqaret Çan Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, vərəmlə mübarizə xilas edilən həyatlar və müalicə olunan pasiyentlər nəzərə alınmaqla böyük təsir əldə edib: "Bu irəliləyişlər sevindirici haldır, lakin dünya epidemiyaya son qoyulmasını istəyirsə, bu sahədə xidmətlər genişləndirilməli və tədqiqatlara sərmayə yatırılmalıdır".

Eyni zamanda, mətbuat konfransında vurğulanıb ki, 2000-ci ildən bu günə qədər vərəmə yoluxanların sayı 1,5% azalıb. Ümumilikdə isə azalmanın göstəricisi 18% təşkil edir.

Hesabatda o da qeyd edilib ki, nailiyyətlərə baxmayaraq, bu sahədə lazımi səviyyəyə çatmaq üçün hələ uzun yol var: "Belə ki, hər gün 4 400 insanın bu xəstəlikdən dünyasını dəyişdiyini müşahidə edirik. Bu isə diaqnostika və hər bir şəxsin müalicə oluna bildiyi dövrdə qəbuledilməzdir. 2014-cü ildə vərəm xəstəliyindən 890 min kişi, 480 min qadın və 140 min uşaq həlak olub. Xəstəlik dünyada İİV infeksiyası ilə öldürücü xəstəliklər sırasında eyni səviyyəyə malikdir. 2014-ci ildə vərəmdən ölən 1,5 mln. insandan 400 minində İİV infeksiyası aşkar olunub. Halbuki keçən il İİV-dən ölənlərin sayı 1,2 mln. təşkil edib. Dünyada qeydə alınan vərəm daşıyıcılarının yarıdan çoxu (54%) Çin, Hindistan, İndoneziya, Nigeriya və Pakistanda qeydə alınıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5534

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7047

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9782

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6767
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 01:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru