Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2015
14:06
Azərbaycanda təhsillə bağlı yeni dövlət agentliyi yaradılacaq

"Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması üçün hökumətə təkliflər göndərilib. Hazırda müvafiq nazirliklər bu məsələyə baxır. Yaxın zamanlarda agentliyin yaradılması ilə bağlı müsbət qərar verilməsini gözləyirik". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas məqsəd Təhsil Nazirliyi tərəfindən dövlətin əlavə ştatlar yaratmaması şərti ilə nazirliyin daxili imkanları hesabına digər istiqamətlərdə vakant yerlərdən istifadə etməkdir.

Nazir müavini, həmçinin orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması məsələsinə də toxunub: "Hazırda bu istiqamətdə işlər aparılır. Lakin bu barədə geniş məlumat verilməsi hələlik mümkün deyil, çünki bu, bir sıra amillərdən asılıdır. Belə ki, ölkənin bu və digər bölgəsində mövcud olan ilk peşə ixtisas təhsili müəssisələrinin mövcudluğu, onların bütün istiqamətlər üzrə peşə təhsili verməsinin imkanının olub-olmaması, eləcə də həmin ərazidə insanların təlabatları, tələb və təklifləri nəzərə alınmalıdır. Bundan başqa, ucqar yerlərdə olan insanların peşə təhsili almasında olan problemlər aradan qaldırılmalıdır. Təbii ki, bu məsələ ciddi təhlil tələb edir.

Eyni zamanda, peşə təhsili sahəsində təklif olunan ixtisasların sayı kifayət qədər çoxdur. Orta məktəblər səviyyəsində peşə siniflərinin istiqamətləri daha məhdud ola bilər. Çünki hər bir peşə istiqaməti üzrə orta məktəb bazasında peşə təhsili vermək imkanı olmaya bilər. Ona görə də bütün çatışmazlıqları nəzərə alaraq, hazırda bu istiqamətdə tədqiqatlar aparılır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43805

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42105

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43712

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48698

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43150

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43571
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 13:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru