Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2015
10:35
İslam Partiyası Şeyx Nimrin edam cəzasına etiraz etdi

Səudiyyə Ərəbistanının  yaxın günlərdə nüfuzlu şiə alimi Ayətullah Nimrə qarşı ölüm hökmünü həyata keçirməyə hazırlaşdığı barədə məlumat vermişdik. Belə ki, ona qarşı əvvəlki məhkəmələrdə verilən edam hökmü Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq olunub.

Bunu da oxuyun:

Səud rejimini lərzəyə salan Şeyx Nimr bu çıxışına görə həbs olundu

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan Respublikası İslam Partiyasının sədr əvəzedicisi bu məsələyə münasibət bildirib. O, Şeyx Nimrin edam edilməsi hökmünün imzalanmasına etiraz edərək, şiə aliminin dərhal azad edilməsini tələb edib.

İlham Əliyev Səudiyyə rejiminin bu hökmlə İslam dünyasına və şiə aləminə qarşı öz düşmənçiliyini üzə çıxartdığını bildirib: «Rejim küdurətini üzə çıxardı və göstərdi ki, Əhli-Beyt(ə) ilə nə qədər düşmənçilik edir».

 «Dünyanın hazırkı vəziyyətində azadlıq və insanlığa çağırış edən Şeyx Nimr kimi şəxsiyyətə edam hökmünün verilməsi onu göstərir ki, Səudiyyə rejimi nəinki İslam ilə, həm də insanlıqla ziddir və qeyri-insani bir yolda addımlayır»- deyə o bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Ayətullah Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və digər saxta ittihamlarla həbs edib.

Ehtimal olunan edamla əlaqədar şiə müxalifət  mayın 8-9-da  küçələrə tökülərək etiraz aksiyası keçirməyi planlaşdırır.

Ekspertlər Ayətullah Nimrin edam ediləcəyi təqdirdə saysız-hesabsız siyasi məhbusu olan Səudiyyə Ərəbistanı daxilində və bölgədə məzhəblərarası gərginliyin şiddətlənəcəyini bildirirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
303

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 08:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru