Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2015
16:36
414
Azərbaycanlı hacıların başına oyun açan aeroport ən pislər siyahısında

Dünyanın 10 ən pis aeroportu məlum olub. Bu siyahı «Sleeping Guide» jurnalının 26 min səyahətçi arasında apardığı araşdırma əsasında tərtib edib. Reytinq 4 əsas göstəriciyə əsasən tərtib edilib. Bunlar rahatlıq, təmizlik, asanlıq və müştəri xidmətidir.

Bunu da oxuyun

Həccdən gələn zəvvar Qafqaz Müsəlmanları İdarəsinə üsyan etdi - VİDEO

Qiymətləndirmələrə görə, dünyanın ən pis aeroportu Nigeriyanın «Port-Harkort» aeroportu seçilib. Bu aeroportun mənfi cəhətləri – faydasız əməkdaşlar, kəskin yer çatışmazlığı və işləməyən kondisionerdir. Amma ən əsası, araşdırma müəllifləri «Port-Harkort» aeroportunu dünyanın ən korrupsiyalaşmış aeroportu sayırlar. «Pul gətir» kəlməsi burada dillər əzbəridir. Pis aeroportların siyahısında ikinci yeri Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz beynəlxalq aeroportu tutur. Xatırladaq ki, Həcc ziyarətinə gedənlər məhz bu aeroportdan istifadə edirlər. Hava limanının reytinqdə aşağı yer tutmasının bir səbəbi də bu amil olub. Səyahətçilər də bu aeroportun xüsusilə Həcc terminalını izdihamlı, xaotik və natəmiz sayıblar. Amma bu aeroportda səyahətçiləri ən çox əsəbiləşdirən cəhət işçilərin özlərini aparmağıdır. Səyahətçilər bildirir ki, burada işçilər iş stolu arxasında qətiyyən tələsmirlər, «təcililik hissindən məhrumdurlar», üstəlik ya bir-biri ilə söhbət edir, ya da mobil telefonda qurdalanırlar. Qeyd edək ki, gələn il Ciddədə yeni aeroportun işə düşməsi gözlənilir.

Üçüncü yeri isə Nepalın paytaxtı Katmandudakı «Tribxuvan» beynəlxalq aeroportu tutur. Araşdırmaçılar qeyd edir ki, bu ilin martında aeroportun uçuş enmə zolağının asfaltı soyularaq yararsız hala düşüb. Apreldə isə baş verən zəlzələ uçuş zolağını tamamilə dağıdıb. Amma problemlər təkcə bu deyil. Avtobus stansiyasına oxşayan aeroportda ayaq yolu problemi var. Hətta bəzi səyahətçilər etiraf edib ki, ayaqyoluna daxil ola bilmək üçün özlərini susuz göstəribər.

Pis aeroportların ilk 10-lüğünü Fransanın Bove hava limanı tamamlayır. Fransızların bu syahıya düşməsinin səbəbi nəzakətsiz personal, internetin baha olması və kresloların olmamasıdır.

Beləliklə, dünyanın ən pis 10 aeroportunun tam siyahısı belədir:

1. Port-Harkurt beynəlxalq aeroportu (Nigeriya)

2. Kral Əbdul Əziz beynəlxalq aeroportu (Ciddə, Səudiyyə Ərəbistanı)

3. Tribxuvan beynəlxalq aeroportu (Katmandu, Nepal)

4. Daşkənd beynəlxalq aeroportu (Özbəkistan)

5. Simona Bolivar adına beynəlxalq aeroportu (Karakas, Venesuela)

6. Tussen-Luvertura beynəlxalq aeroportu (Port-o-Prens, Haiti)

7. Hamid Karzay beynəlxalq aeroportu (Kabul, Əfqanıstan)

8. Tanşonnyat beynəlxalq aeroportu (Hoşimin, Vyetnam)

9. Benazir Bhutto adına beynəlxalq aeroport (İslamabad, Pakistan)

10. Bove beynəlxalq aeroportu (Paris)

Dünyanın ən yaxşı aeroportu isə ildə 50 milyon sərnişin daşıyan Dubay aeroportu seçilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
261

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
333

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
396

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
867

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
501

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
481
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 10:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru