Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2015
14:43
950
Azərbaycanın sərhədləri terrorçuların işğal təhlükəsi ilə üz-üzədir
Rusiya FTB-sindən MDB ölkələrinə işğal xəbərdarlığı

İŞİD terror qruplaşmasının  silahlıları  MDB ölkələrində vəziyyəti qarışdırmağı hədəf götürüb. FaktXeber.com-un məlumatına görə, bu barədə  Rusiya FTB rəhbəri Aleksandr  Bortnikov MDB Ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 39-cu toplantısının açılışında deyib.

Bortnikovun sözlərinə görə, məhz bu səbəbdən və ABŞ, həmçinin rəhbərlik etdiyi koalisiya tərəfindən terrorizmlə mübarizənin effektsizliyinə görə, Rusiya  Suriya hökumətinin  xahişinə cavab verib  və hərbi əməliyyatlara başlayıb.

FTB sədri onu da vurğulayıb ki, ölkə xaricindən əlavə, daxildə də  ekstremist qrupların müəyyənləşməsi və onların məhvi üzrə işlər gedir: «Bu yaxınlarda  Moskvada  İŞİD və «Hizb-ut Tahir»in üzvləri zərərsizləşdirilmişdi, hansı ki, onların arasında MDB-dən olan vətəndaşlar da var idi».

Bununla əlaqədar  olaraq, Bortnikov  MDB ölkələri arasında kəşfiyyat məlumatlarının mübadiləsi məsələsinə xüsusi önəm verməyin vacibliyindən danışıb.

FTB rəhbərinin sözlərinə görə, İŞİD simasında beynəlxalq quldur dəstəsi, terror talanının vasitəsilə  Asiyada və Afrikadakı  strateji  məsələlərini həll etməyə çalışan dünyanın və regeonal dövlətlərin ikiüzlüyü sayəsində güc toplayıb. O bildirib ki, bu riyakarlıq ən dağıdıcı nəticələrə səbəb ola bilər.

FTB rəhbəri bildirib ki, bu gün İŞİD-din tərkibində 100-dən çox dövlətin  vətəndaşları vuruşur: «Belə muzdurlar ümumi təşkilatın 40 faizini təşkil edir. 10 quldur dəstəsi  ancaq Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya regionundan olan ölkənin vətəndaşlarından təşkil olunub».

Bundan əlavə, Yaxın  Şərq və Şimali Afrikanın  terror qruplaşmsalarından bəziləri də bu təşkilata sədaqət andı içiblər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov İŞİD terror təşkilatından gələn təhlükə üzrə MDB ölkələrinin sərhədlərini xüsusilə Mərkəzi Asiyada möhkəmləndirməyə çağırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
189

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1805

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
344

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1264

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
412
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 23:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru