Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2015
13:43
Azərbaycanlı baş məşqçi erməni idmançını ölümdən qurtardı - FOTO

Taekvondo Karate Federasiyası tərəfindən təşkil edilən WTF, GTF və Budo çempionatları üçün Kiprdə gedən erməni idmançı boğulma təhlükəsi ilə üzləşib.

FaktXəbər-in BRTK-ya istinadən veriyi məlumata görə, 22 oktyabr 2015-ci ildə müsabiqəsi bitən erməni idmançı David Atenesyan günortadan sonra sərinləmək üçün qaldıqları yaşayış kompleksinin hovuzun girib və orada da huşunu itirib. Bunu görən Azərbaycan komandasının məşqçisi Həsən Həsənzadə dərhal hovuza atılaraq erməni idmançını çıxarıb və ona ilkin tibbi yarım göstərib. Erməni idmançının nəfəs alamdığını görən azərbaycanlı məşqçi erməni idmançıya süni tənəffüs də verib və təcili tibbi yardım maşını gələnə qədər idmançını həyatda saxlamağı bacarıb. 

Girne Akçiçek Xəstəxanasına aparılan erməni idmançı bir gecə xəstəxanada qalıb. O, ayıldıqdan sonra heç bir şey xatırlamadığını, oyananda özünü xəstəxanada gördüyünü və yuxudan ayıldığını düşünüb. 

Xəstəxanadan çıxandan sonra azərbaycanlı məşqçiyə təşəkkürə etməyə gedən idmançılar bir-birinə sarılaraq yoldaşlarının həyata qayıdışını qeyd ediblər. Azərbaycanlı və erməni idmançılar qucaqlaşaraq bütün ölkələrə dostluq nümunəsini göstəriblər. Şimali Kiprdə ikinci həyatına başladığını deyən Davit bundan sonra azərbaycanlıların qardaşları olduğunu deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
245

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
261

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
268

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 02:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru