Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2015
09:25
Azərbaycanda fəhlələr aksiya keçirdi - Rəhbərə etiraz

“Şahdəniz-2” layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı yol verilən ayrı-seçkiliyə öz etirazlarını bildiriblər.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlının sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansının rəhbərliyi müdaxilə edib. Onlar dünənki aksiyaya müdaxilə edərək fəhlələri sakitləşdirib.

Dünən isə SOCAR nümayəndələri fəhlələrin iş yerində olub və şirkət rəhbərliyi ilə görüşüb. Verilən məlumata görə, fəhlələr dünən işə buraxılmayıb. Araşdırılma aparıldığı üçün onlar bu gün də işə buraxılmayacaq.

“Fəhlələrin etirazına isə Cem adlı (soyadını dəqiqləşdirə bilmədik) bir türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə qarşı kobudluq və ayrı-seçkiliyə yol verməsi səbəb olub” - deyə M.Qəhrəmanlı bildirib.

TEKFEN-AZFEN Alyansı “Şahdəniz-2” layihəsinin bir hissəsini yerinə yetirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6875

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5734

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7253

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7247

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10167

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6947
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 18:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru