Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2015
16:36
532
Azərbaycanda azyaşlı cinayətkar qızlar - Dəhşətli statistika

Hər gün mediada müxtəlif cinayət hadisələri ilə bağlı çoxsaylı xəbərləri oxumağımız artıq adi hala çevrilib. İnsanların biri-birinin canına qəsd etmələri, ərin arvadı, qardaşın bacının və ya qardaşını, qohumların bu və ya digər səbəblərdən öldürməsi, kimlərinsə özlərini yandırması və ya digər intihar halları ilə bağlı məlumatlar həyatımızın ayrılmaz parçası olub. Əsasən bu cinayət hadisələri gənclər və orta yaş təbəqəsində müşahidə edilir. Bununla yanaşı, həm də 18 yaşa qədər uşaqların cinayət hadisələrində iştirakı halları da olur ki, bu gün cəmiyyətimiz tərəfindən bu məqamlar həssaslıqla qarşılanır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin birinci yarısında cinayət törətmiş 14-18 yaşadək olan uşaqların sayı 239 olub ki, bunun 232 nəfəri oğlanlar, 7 nəfəri isə qızlardır.

Məlumata əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş uşaqların sayında azalma olub. 2014-cü ilin birinci yarısı 242 cinayət hadisəsinidə 14-18 yaşadək uşaqlar törədib ki, bunun da 232 nəfəri oğlanlar, 10 nəfəri isə qızlardır.

2015-cü ilin birinci yarısında bu yaş qrupunda olan uşaqların 6 nəfəri (5-i oğlan, 1-i qız) qəsdən adam öldürmə və adam öldürməyə cəhddə, 17 nəfəri (17-i oğlan) qəsdən sağlamlığa zərər vurmada, 122 nəfər (120-i oğlan, 2-i qız) oğurluqda, 2 nəfər (oğlan)soyğunçuluqda, 5 nəfər (oğlan) quldurluqda, 2 nəfər 9oğlan) dələduzluqda, 16 nəfər (oğlan) xuliqanlıqda, 5 nəfər (oğlan) narkotik vasitələrlə bağlı cinayətlərdə, 11 nəfər (10-u oğlan, 1-i qız) hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdə, 53 nəfər (50-i oğlan, 3-ü qız) digər cinayətlərdə təqsirləndirilir.

2015-ci ilin birinci yarısı 142 nəfər 14-18 yaşadək olan uşaqlar məhkum edilib ki, bunların 139-u oğlan, 3-ü qızlardır.

2014-cü ilin müvafiq dövründə isə məhkum edilmiş 14-18 yaşadək uşaqların sayı 150 nəfər olub ki, bunun 148 nəfəri oğlanlar, 2-i isə qızlar olub. 2015-ci ilin birinci ayrısınadək məhkum edilmiş 14-18 yaşadək uşaqların 18 nəfəri 5 ilədək, 26 nəfəri 5 ildən 10 ilədək azadlıqldan məhrum edilib. Bu müddətdə 14-18 yaşadək məhkum edilmiş uşaqların 41 nəfəri cərimə olunub, 12 nəfəri islah işlərinə, 1 nəfəri ictimai işlərə, 44 nəfəri isə şərti məhkumetməyə cəlb olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
302

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
385

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
442

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
914

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
540

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
517
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 13:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru