Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2015
14:48
Ombudsmanın nümayəndələri İlqar Məmmədovla görüşüblər

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

MPQ üzvləri tərəfindən həmin müəssisədə 60-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb. Görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri yerində araşdırılıb. Məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər. Yalnız həmin müəssisədə cəza çəkən İlqar Məmmədov ona qarşı kobud rəftara yol verildiyini bildirib. O, təkbətək qəbul edilib. MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar olunmayıb. Müraciəti üzrə qaldırdığı məsələlər yerində araşdırılıb, İ. Məmmədov əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

İ. Məmmədovun vəkillərinin də müraciətləri nəzərə alınmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.

Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Müvafiq təmir işlərinin aparılması müşahidə olunub, habelə qarşıdan gələn parlament seçkiləri ilə bağlı bu müəssisədə məhkumların seçki hüququnun təmini məqsədilə yaradılmış şərait və onların səsvermədə iştirak edəcəkləri seçki məntəqəsinə baxış keçirilib.

Başçəkmə çərçivəsində müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14897

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13552

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14945

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14574

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19925

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14434

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 14:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru