Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2015
10:05
Azərbaycanda uşaqlara tarixi adların qoyulması halları artır
Artıq uşaqlara “Ansambl”, “Traktor”, “Kombayn” kimi adlar qoyulmur

Azərbaycanda son dövrlərdə uşaqlara daha çox tarixi adlar qoyulur. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, son dövrlərdə uşaqlara daha çox qədim Orxan, Yenisey abidələrində, “Dədə-Qorqud”da, Mahmud Kaşğarlının divanında verilən adlardan istifadə edilir: “Məsələn, bizə “Albas” adının qoyulması üçün müraciət etmişdilər. Türk mənşəli olan bu ad Qıpçaq hökmdarının adıdır, daha çox mübarizlik, qəhrəmanlıq mənasını ifadə edir. Son dövrdə bizə “Alpər”, “Beyrək” adının qoyulması üçün də müraciət edirlər. Belə adların yenidən qayıtması bizim milliliyimizi, kimliyimizi əks etdirir”.

S.Sadıqova deyib ki, yenidoğulan uşaqlara mürəkkəb adlar deyil, artıq sadə, lakonik adlar qoyulur.

Komissiya rəsmisinin sözlərinə görə, son 5 ildə Azərbaycanda valideynlərin övladlarına gülüş doğuran adlar qoyması faktları azalıb.

Belə adların qoyulmasına əvvəllər nəzarət edilmədiyini nəzərə çatdıran S.Sadıqovanın sözlərinə görə, belə halların qarşısı “ASAN xidmət” mərkəzləri tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq alınır: “Kiminsə öz uşağını Cinayətkar, Sərxoş, Şüşəbənd çağırması nə dərəcədə düzgündür? Bu tipli adların qoyulması qəti qadağandır. Kim isə bizə övladına ingilis adının qoyulması üçün müraciət edirsə, belə adın da qoyulmasına icazə verilmir. Valideynlərə bunun səbəbi izah edilir. Ona görə də artıq uşaqlara “Ansambl”, “Traktor”, “Kombayn” kimi adlar qoyulmur. Keçən il bizə müraciət edilmişdi ki, qızların adını “Xiyarə” qoysunlar. O xəbər internetdə şərh olunduqdan sonra valideyn həmin adı qoymaqdan əl çəkdi. Bizə bu yaxınlarda müraciət ediblər ki, qızımın adını “Kiara” qoymaq istəyirəm. Ancaq biz bu adın mənşəyini müəyyənləşdirə bilmirik və hələ qərara gəlməmişik”.

Məqalədə : Azərbaycan ad 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42736

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41090

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42664

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42164

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47657

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42476
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2020 07:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru