Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2015
16:02
490
Həccə 5700 dollardan yığan idarə zəvvarı niyə peyvənd etdirmir?

"Son iki-üç ildir Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarların əksəriyyəti səfərdən əvvəl peyvənd olunmur".

Bu barədə Həcc ziyarətindən qayıtmış hacılar məlumat verib. Zəvvar qruplarından birinə rəhbərlik edən Hacı Fəttah Fəttayev APA-ya bildirib ki, 3 il əvvələ qədər zəvvarların yola düşməzdən əvvəl peyvənd olunmasına Qafqaz Müsəlmanları İdarəsi ciddi nəzarət edirdi, amma son illər bu məsələ zəvvarların öz ixtiyarına buraxılıb: “Bu il də bizim vasitəmizlə zəvvarlara müraciət olundu ki, səfərə çıxmazdan əvvəl peyvənd olunmaq zəruridir, kim istəyirsə olsun. Məsələ zəvvarların öz arzusuna buraxıldı. Zəvvarların təxminən 10 faizi peyvənd olundu”.

Qrup rəhbəri qeyd edib ki, peyvəndləmə adətən zəvvarların qeydiyyatda olduqları poliklinikalarda həyata keçirilir.

Digər qrup rəhbəri Hacı Elman Əsgərov da Hacı Fəttahın dediklərini təsdiqləyib: “Zəvvarlardan bu il sənəd toplanarkən onların peyvənd olunması şərt kimi qoyulmadı. Sağlamlıq haqqında arayış tələb olunurdu, amma peyvənd olmaq yox”.

QMİ-nin mətbuat xidmətindən mövzuya dair sorğusuna cavab olaraq bildirilib ki, zəvvarlardan sənəd qəbul edilərkən onların qeydiyyatda olduqları sahə üzrə poliklinikadan sağlamlıq haqqında arayış təqdim etmələri məcburidir: “Həmin poliklinikanın təqdim etdiyi rəsmi arayış nəticəsində onların sağlamlığı nəzərə alınır və sənədləri qəbul olunur. O ki qaldı səfərqabağı peyvəndləmə məsələsinə, üç il əvvələ qədər "quş qripi" və digər bu kimi yoluxucu xəstəlikləri aktual olduğu üçün idarə tərəfindən Səudiyyə Ərəbistanı ilə razılaşdırılmış formada xüsusi tələb vardı ki, zəvvarlar bu kimi viruslara qarşı vaksinasiya olunsun. Son illər, o cümlədən bu il belə viruslarla bağlı məlumatlar gündəmdə olmadığı və təhlükə hiss edilmədiyi üçün peyvəndləmə ilə bağlı xüsusi tələb olmadı. Ümumiyyətlə, kim peyvənd olmaq istəyirsə, ola bilər. Bu, artıq zəvvarın öz şəxsi işidir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
216

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
122

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
202

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
139

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
150

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
137

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
156
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 21:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru