Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2015
15:27
406
Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin səbəblərini açıqladı

"Azərbaycanda ana ölümü göstəricisində artım deyil, azalma müşahidə olunur"

“Azərbaycanda ana ölümünün strukturunda hipertenziv vəziyyətlər - preeklampsiya əsas səbəblərdən biridir”.

Bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova deyib.

O bildirib ki, məhz preeklampsiyanı vaxtında aşkar edib vaxtında müvafiq tibb müəssisəsində tibbi yardım göstərməklə ana ölümlərini azaltmaq mümkündür: “Lakin, əfsus ki, qadınlar bəzən qeydiyyata çox gec dayanırlar və yaxud da ancaq hansısa bir problem yarandıqdan sonra həkimə müraciət edirlər. Bu gün biz, anaların vaxtında qeydiyyata dayanmaları, antenatal dövrün vacibliyini diqqətlərinə çatdırmaq üçün maksimum səylərdən istifadə edirik”.

L. Məmmədovanın sözlərinə görə, Azərbaycanda ana ölümü göstəricisində artım deyil, azalma müşahidə olunur: “Əgər 1999-cu ildə Azərbaycanda ana ölümü göstəricisi hər 100 000 diridoğulana 43,4 idisə, 2007-ci ildə bu göstərici 35,5, 2009-cu ildə 24,3, 2014-cü ildə isə 14,6 olub. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana ölümü qadının hamiləlik dövründə, hamiləliyin müddətindən və lokalizasiyasından asılı olmayaraq və ya hamiləlik başa çatdıqdan sonra 42 gün ərzində hamiləliklə əlaqəli hər hansı bir səbəbdən, yaxud da ya hamiləliklə, hamiləliyin aparılması ilə əlaqəli ağırlaşan hər hansı bir səbəbdən ölüm kimi təyin edilir. Bədbəxt hadisə və ya təsadüfən meydana çıxan səbəbdən hamilə və zahı qadının ölümü ana ölümü hesab olunmur. Ana ölümü göstəricisi hər 100 000 diridoğulana ana ölümü hadisələrinin sayı kimi göstərilir. Minilliyin 5-ci inkişaf məqsədinə uyğun olaraq dünya ölkələri 1990-2015-ci illər ərzində ana ölümü göstəricisini 75 faiz azaltmaq öhdəliyini götürüblər. 1990-cı illə müqayisədə ana ölümü halları dünya üzrə 45 faiz azalıb”.

Elmi katib əlavə edib ki, hər bir ana ölümü halı ölüm baş verən doğuşayardım müəssisəsinin Tibbi Şurasında və Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm isə mamalıq ağırlaşmaları təhlili üzrə Doğuşayardım Komissiyasında ciddi müzakirə olunur: “Hamiləliyin ilk həftələrindən başlayaraq son günə qədər aparılan bütün müayinələr və müalicə taktikası Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən təhlil olunur və Doğuşayardım komissiyasının iclasında müzakirə olunur. Təhlil nəticəsində aşkar olunmuş təşkilati nöqsanlar, tibbi xidmətdə yol verilmiş nöqsanlar müvafiq tibb müəssisəsinin rəhbərinin və tibb işçilərinin nəzərinə çatdırılır. Hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölüm tibb işçisi tərəfindən qarşısı alına bilən səbəbdən baş vermibsə, tibb işçisi lazım olan tibbi xidmət göstərməyibsə, bu halda həkim barəsində müvafiq intizam tədbirləri görülür”.

L. Məmmədova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın 115 ölkəsində 60 000-dən artıq ana ölümü halının təhlili aparılıb: “Bu təhlil üzrə tədqiqat nəticəsində sağlamlıqda olan mövcud problemlər, diabet, İİV, malyariya və piylənmə hamiləlik dövründə ağırlaşaraq ölüm hallarının 28 faizinə səbəb olub. Digər səbəblər – ağır qanaxma - əsasən doğuş zamanı və doğuşdan sonra 27 faiz, infeksiya – 11 faiz, fəsadlaşmış doğuşlar və digər bilavasitə mamalıq səbəbləri 9 faiz, abortun fəsadları – 8 faiz və tromb (emboliya) – 3 faiz təşkil edib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
451

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
43

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
967

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2797

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2658

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1961

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1275

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1943

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2782

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
92
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 02:59



  (+994 55) 786-96-84

  [email protected]gmail.com

Valyuta.com

Рейтинг@Mail.ru