Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2015
10:41
394
Azərbaycanda istedadlı şagirdlərin “Məlumat bankı”ı yaradılacaq

Azərbaycanda ümumtəhsil məktəblərində təhsil alan ayrı-ayrı sahələr üzrə istedadlı şagirdlər barədə rayon və şəhərlər üzrə “Məlumat bankı”ı yaradılacaq.

Təhsil Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı barədə əmrində qeyd edilib.

Əmrə əsasən, istedadlı şagirdlərin iştirakı ilə məktəb və rayon (şəhər) daxilində bilik yarışlar, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq.

Əmrə əsasən, buraxılış siniflərində təhsilin keyfiyyət göstəricilərinin monitorinqinin keçirilməsi, şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr qazanmayan məktəblərin fəaliyyətinə rəhbərlik və nəzarətin gücləndirilməsi istiqamətində təşkilati işlər görüləcək. Təhsilin keyfiyyəti sahəsində uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
261

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
333

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
396

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
867

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
501

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
481
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 10:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru