Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Oktyabr

2015
11:06
541
Tarixin ən böyük cinayəti, dinin dirçəlişi: Bu gün “Aşura”dır

İmam Hüseyn (ə) müsibəti ən böyük müsibət kimi tarixdə həmişə yad olunur. İmam Baqir (ə) Aşura günü İmam Hüseyndən (ə) bu sözləri eşitdiyini bildirmişdir: “Vay bu müsibətə, nə qədər də böyükdür. Nə qədər onun əzası İslamda, yer və göy əhli yanında ağır və bahadır”.

Bəs niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: “Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?”. Həzrət Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür”.

Sonra Abdullah İmam Sadiqə (ə) başqa bir sual verir və deyir: “Ey Peyğəmbərin (s) oğlu! (Əgər Aşura böyük müsibət günüdürsə), bəs niyə səqifə əhli Aşura gününü bərəkət hesab edirlər?”. İmam (ə) ağlayır və buyurur: “O zaman ki, Hüseyn (ə) öldürüldü, Şam əhli cəəl hədislə Yezidə (lən) yaxınlaşmaq istədilər. Ona görə də ümumi maldan mükafat aldılar. Onların cəəl etdiyi mövzulardan biri də bu idi ki, Aşura mübarək bir gündür ki, insanlar həmin günü nalə çəkmək və ağlamaq yerinə şadlansınlar və xoşhal olsunlar. Allah bizimlə onlar arasında qəzavət etsin!”.

Bəni-Üməyyə və onun ordusu İmam Hüseynin (ə) qətl edildiyi günü qələbə günü hesab edir və belə bir adət çıxartdılar ki, hər kim bu günü bir illik ərzağını toplayar, həmin azuqə gələn ilə qədər ruzisinin artmasına səbəb olar. Ona görə də Əhli-beyt (ə) mənbələrində ərzaqın bu niyyətlə alınması qadağan edilmişdir.

Bəni-Üməyyənin başqa bir adəti bu idi ki, Aşura gününü bayram edərdilər və başqa bayram günlərində etdikləri sünnəti burada da davam edərdilər. Yeni paltar geyinər, sileyi-rəhm edər və bir-birini təbrik edərdilər.

Bu günə məxsus cəəl hədislər tərtib edib, xüsusi dualar uydurdular və adını da qoydular Aşura gününün duaları.

Allah Təala ümməti bu fitnələrdən amanda saxlasın

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1039

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru