Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2015
16:56
465
Azərbaycanda nəqliyyat sisteminin taleyi həll olunacaq
Ş.Mehmanqızı: "Bizim Daxili İşlər Nazirliyinin tabeçiliyinə keçməyimiz işimizi ləngidə bilər"

Milli Məclisin oktyabr ayının 20-də keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Nəqliyyat Nazirliyindən (NN) alınıb Daxili İşlər Nazirliyinə (DİN) verilməsi təklif olunub.

Təklifi irəli sürən millət vəkilinin "onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək. Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək” deməsi heç də bütün insanlar NİİM tərəfindən birmənalı qarşılanmayıb. 

Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı təklifi şərh edərkən bildirdi ki, NİİM dünya təcrübəsini öyrənən mütəxəssislərlə işləyir: "Bizim Daxili İşlər Nazirliyinin tabeçiliyinə keçməyimiz işimizi ləngidə bilər. Hansısa polis əməkdaşı gəlib bizim idarəmizdə otura bilər, lakin bizim sistemimizi bilmədiyi üçün onu idarə edə bilməz. Ona görə də idarəmizin Nəqliyyat Nazirliyinin (NN) tərkibində qalması daha məqsədə uyğundur.

Xidmət rəhbəri insanların idarənin fəliyyətini yetərincə bilməməsi səbəbindən belə bir təkliflərlə çıxış etməsini normal sayır:

"İndiyə qədər heç bir ölkədə NİİM-in Daxili İşlər Nazirliyinin tərkibinə daxil olması barədə təcrübə yoxdur. Bəzi insanlar elə düşünür ki, NİİM-in işi sadəcə işıqforları idarə etməkdən yaxud da hansısa tabloya yazı yazmaqdan ibarətdir. Sıxlığın azaldılması, tıxacların aradan qaldırılması, yollarda dəyişikliyin edilməsi üçün təkliflərin irəli sürülməsi, işıqforların qaydalarında dəyişikliyin edilməsi hamısı idarənin səlahiyyətindədir.Ən son texnologiyalar bizim idarəmizdə olduğu üçün paytaxtdakı qalan işıqforların da NİİM-ə verilməsinin daha müsbət nəticə verər."

Şəfa Mehmanqızı- NİİM-in mətbuat xidmətinin rəhbəri

Hüquqşünas Ərşad Hüseynov isə məsələ ilə bağlı fərqli düşünür. O, deyir ki, NİİM əvvəlki illərlə müqayisədə bu il daha fəal işləməyə başlayıb.

"Onun tabeçiliyinin dəyişməsi əslində heç nəyi dəyişməyəcək. Çünki DİN də NN də-hər ikisi dövlət orqanıdır. Əgər NİİM-in DİN-ə verilməsi yol hərəkəti təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədi daşıyırsa, bu bir nəticə verməyəcək. Çünki ortada müəyyən paralelliklər var. İlk əvvəl onları aradan qaldırmaq lazımdır. Misal üçün elə funksiyalar var ki, onlar həm yol polisində, həm NİİM-də, həm Azəryolservisdə həmdə Bakı Şəhər İcra Hakimiyyətində var. İlk əvvəl həmin qurumları vahid bir müəsisə halında cəmləmək lazımdır".

Onun sözlərinə görə bu istiqamətdə ən ideal qurum Yol Hərəkəti Təhlükəsziliyi Komisiyasıdır. Hazırda belə bir qurum var. Lakin onun funksiyası o qədər də aktiv deyil. Paralel funksiyaların hamısını alıb həmin quruma vermək lazımdır. Yalnız bundan sonra hər kəs yol hərəkətini hansı orqanın təşkil etdiyini bilər və problem olduğunda da həmin orqana üz tutar.

Ərşad Hüseynovun sözlərinə görə, Bakı şəhərində tıxacların qarşısının tam alınması mümkün omayacaq. Çünki paytaxtda şəhərsalma normaları kobud şəkildə pozulub.

Ərşad Hüseynov- Hüquqşünas

Ümumiyyətlə dünya təcrübəsində də İntellektual Nəqliyyat Sistemi ilə işləyən bütün mərkəzlər Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Xususilə də Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün dünyada NİİM-in NN-in tərkibində olmasını ehtiva edən bir komitə yaradıb ki, İntellektual İdarəetmə Mərkəzləri Nəqliyyat Nazirliyinə tabe olan bütün qurumların nümayəndləri həmin komitənin üzvüdürlər. Həmin komitəyə 100-dən çox ölkə daxildir və il ərzində mütəmadi olaraq konfransları keçirilir.

Sürücüləri isə NİİM-in hansı qurumun tərkibində olmasından daha çox , onun gördüyü işlər maraqlandırır.Əsas odur ki, bu qurumun fəaliyyəti effektiv olsun və əhalini ən çox narahat edən problemləri vaxtında həll edə bilsin. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
303

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
386

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
443

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
916

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
541

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
519
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 13:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru