Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2015
10:58
391
Azərbaycanda avtoservislər 3 kateqoriyaya bölünəcək

Azərbaycanda avtoservislər 3 kateqoriyaya bölünəcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri” standartı təsdiq edilib. Standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.

Standarta əsasən, nəqliyyat vasitələrinə xidmət zamanı əməyin mühafizəsi sahəsindəki qanunvericilik tələblərinə əməl olunmalıdır. Xidmət göstərilən zaman “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə uyğun olaraq, tipi təsdiq olunmuş və kalibrləmədən keçmiş ölçmə vasitələrindən istifadə olunmalıdır. Nəqliyyat vasitələrinə texniki xidməti həyata keçirən personal müvafiq sahədə ixtisaslaşmaya malik olmalı və ixtisaslaşma təlim və ya təhsil haqqında sənədlərlə təsdiqlənməlidir. Həmçinin xidmət zamanı istifadə olunan komponentlər və texniki mayelər, aidiyyəti texniki normativ hüquqi aktların və nəqliyyat vasitələri istehsalçısının texniki sənədlərinin tələblərinə uyğun olmalıdır. Avtoservisdə müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır. Sifariş qəbul edilən, rəsmiləşdirilən otaqda, sifarişlərin qeydiyyat jurnalı, göstərilən xidmətlər üçün təyin edilən qiymətlər, ehtiyat hissələrinin və materialların qiymətləri, həmçinin yaxşı görünən yerdə stend üzərində avtoservis təşkilatının iş rejimi, göstərilən texniki xidmətlərin siyahısı, sifarişlərin yerinə yetirilməsi müddətləri və s. məlumatlar olmalıdır.

Standarta əsasən avtoservisin sifarişçi və ya onun nümayəndəsi ilə birbaşa ünsiyyətdə olan hər bir işçisi üzərində avtoservis təşkilatının adının, həmçinin bu işçinin soyadı və adı qeyd olunduğu yaxa kartı gəzdirməlidir. Nəqliyyat vasitəsi avtoservisdə qalmaqla təmirə verildikdə avtoservis tərəfindən müqavilə ilə yanaşı, təhvil-təslim aktı tərtib edilməlidir. Nəqliyyat vasitəsi istehlakçıya və ya onun nümayəndəsinə göstərilən texniki xidmətin haqqı tam ödənildikdən sonra təhvil-təslim aktının və müqavilənin surəti, istehlakçının şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdə, istehlakçının nümayəndəsinə isə etibarnamə təqdim edildikdə verilməlidir.

Sifarişçinin yanında aparılan şinlərin quraşdırılması və şinlərin təmiri, təmizləmə-yuma, pardaqlama, sürtkü-yanacaq doldurma, tənzimləmə, diaqnostika, həmçinin yolda texniki yardım kimi avtoservis xidmətləri sifarişçinin şifahi sorğusu üzrə müqavilə bağlanmadan qulluq göstərilməsini təsdiqləyən sənədi verməklə və hesab-kassa xidməti üzrə qanunvericilik tələblərinə əməl olunması şərti daxilində həyata keçirilə bilər. Yolda göstərilən texniki yardım zamanı sifarişçi və avtoservis qanunvericiliklə təyin olunmuş qaydada yol hərəkəti təhlükəsizliyinin təminatı üzrə tədbirlər görməlidir.

Standarta əsasən avtoservislər 3 kateqoriyaya bölünür. Bunlar nəqliyyat vasitələri istehsalçısının servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair tələblərini yerinə yetirən, təyin olunmuş qaydada istehsalçı və ya onun nümayəndəsi tərəfindən nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair səlahiyyətləri və onların sahibləri tərəfindən əmtəə nişanından istifadə hüququnu alan A kateqoriyalı avtoservis təşkilatlarıdır.

В kateqoriyalı avtoservis təşkilatları – nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair nəqliyyat vasitələri istehsalçısının nümayəndəsi tərəfindən (həmçinin A - kateqoriyalı avtoservis təşkilatları tərəfindən) verilən səlahiyyətlərə malik olan və onların nəqliyyat vasitələrinə xidmətin göstərilməsinə dair tələblərini yerinə yetirən avtoservis təşkilatlarıdır. Bu kateqoriyadan olan avtoservis təşkilatlarına nəqliyyat vasitələri komponentlərinin istehsalçılarının nümayəndələri olan avtoservis təşkilatları da daxildir;

С kateqoriyalı avtoservis təşkilatları - servis şöbələrinə və nəqliyyat vasitələrinə göstərilən xidmətə dair nəqliyyat vasitələri istehsalçısının tələblərini mütləq yerinə yetirməsi tələb olunmayan avtoservis təşkilatlarıdır.

Standartda həmçinin nəqliyyat vasitələrinə qulluq üzrə xidmətlərin siyahısı da verilib.

Məlumat üçün bildirək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə texniki-təmir stansiyalarının (sahələrinin) istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili ilə bağlı sahə standartlarının təkmilləşdirilməsi Komitəyə tapşırılıb.

Standart Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
328

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
228

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
250

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
288

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
318

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
310

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
883

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
688
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 11:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru