Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Oktyabr

2015
17:21
İlqar Məmmədov və Tofiq Yaqublu məhkəmədə iştirak etməyəcək

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Apelyasiya Məhkəməsində iştirak etmək istəmirlər. Bu barədə "Yeni Müsavat"a məlumatı vəkil Fuad Ağayev verib.

O bildirib ki, İlqar Məmmədovun yerinə apelyasiya prosesində onun vəkilləri iştirak edəcəklər:

"İlqar Məmmədov ərizə yazmışdı ki, apelyasiya prosesində iştirak etməyəcək. O bütün səlahiyyətləri öz vəkillərinə həvalə edib. Apelyasiya məhkəməsində iştirak etmək onun hüququdur. Biz də məsləhətləşdik ki, İlqar Məmmədova əlavə əziyyət verilməsinə, onu bir də Şəkiyə göndərilməsinə ehtiyac yoxdur. Eyni zamanda məndə olan məlumata görə, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da eyni fikirdədir. O da apelyasiya məhkəməsində iştirak etməyi düşünmür".

Qeyd edək ki, bu ilin 13 oktyabr tarixində Ali Məhkəmədə İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13472

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12142

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13565

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13144

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18514

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13013

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13141
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 14:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru