Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
12:51
612
Azərbaycanda daha iki polis rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrləri ilə buna qədər Daxili İşlər Nazirliyində çalışan Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev isə tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə Qax rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov tutduğu vəzifədən azad edilərək Pirallahı Rayon Polis Şöbəsinin rəisi, 10-cu Polis Bölməsinin rəisi Xəlil Səfərov isə tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi vəzifələrinə təyin olunublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1761

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
194
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 00:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru