Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
10:06
2241
`Azərbaycan xalqı Peyğəmbər ailəsinə sədaqətli olub`
İlham Əliyev: "Aşura günü oruc tutmaq ənənəsi Bəni-Üməyyə təfəkkürünə uyğundur"

“Aşura Azərbaycan xalqının sahib çıxdığı ən müqəddəs dəyərlərdən biridir və zaman-zaman xalqımız bu dəyərin yaşaması üçün əlindən gələn bütün fədakarlıqları edib.”

Bu sözləri AİP-in sədr əvəzi İlham Əliyev hazırda müsəlman dünyasında böyük ehtiramla qeyd edilən İmam Hüseynin (ə) əza günləri və Aşura dəyərləri ilə bağlı açaıqlama verərkən qeyd edib.

AİP rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı tarixən əziz İslam Peyğəmbəri (s) və onun Əhli-Beytinə (ə) məhəbbəti və sədaqəti ilə fərqlənən xalqlardan olub:

“Məhz bunun nəticəsidir ki, min illərdir Azərbaycan xalqı Aşura mərasimlərini ən yüksək formada və coşqu ilə qeyd edir. Düzdür ki, müəyyən zamanlarda xalqımızın Aşura dəyərlərinə qarşı düşmən əlləri uzanıb və müxtəlif formalarda zərbə vurmağa çalışıblar. Lakin Azərbaycan xalqının İmam Hüseynə (ə) olan bağlılığı düşmənlərin arzularının ürəklərində qoyub. Məhz Aşura məktəbinin nəticəsidir ki, bu məmləkətdə şəhid Mübariz, şəhid Fərid kimi mübariz və fədakar cavanlarımız meydana çıxıb. Düşmənin də Əhli-Beyt məktəbi ilə mübarizə aparmasının ən başlıca səbəblərindən biri də xalqımızı, xüsusilə cavanlarımızı Aşura məktəbindən ayrı salmaq və Şəhid Mübariz ruhiyyəli gənclərin yetişməsinin qarşısını almaqdır.”

“Bəzi islam adına iddia edən dini cərəyanlar məhz Aşura günü oruc tutmağın böyük fəzilətə və savaba səbəb olacağına dair fikirlər yayırlar. Bununla bağlı nə deyə bilərsiz?” – sualını da cavablandıran İlham Əliyev bildirdi ki, bu, Peyğəmbər və Əhli-Beytə (ə) düşmən kəsilmiş Bəni-Üməyyə nəsilinin təfəkkürüdür:

“Tarixi mənbələrdə qeyd edilir ki, İmam Hüseyni (ə) Aşura günü qətlə yetirib və yaxınlarını əsir etdikdən sonra Bəni-Üməyyə və tərəfdarları həmin günü zahiri qələləblərinə görə bayram kimi qeyd etdilər və Allaha şükr əlaməti olaraq həmin günü oruc tutdular. Məhz Aşura günü oruc tutmaq ənənəsi də bu baxımdan düzgün deyil və Bəni-Üməyyə təfəkkürünə uyğundur.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3381

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1618

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2726

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1069

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1101

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 17:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru