Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
09:58
Nazir sahibkarlara çıxış yolu göstərdi - QAYNAR XƏTT

“Bu həqiqətən tarixi və inqilabi istalatlardır, qanunsuz yoxlamalar aparılmamalıdır”. Bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev prezidentin yoxlamaların dayandırılması barədə qəbul etdiyi qərarı  şərh edərkən bildirib.  Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının prioritetidir. 

“Sahibkarlğın inkişafı isə qeyri-neft sektorunun aparıcı qüvvəsidir. Bu baxımdan cənab prezident tərəfindən sahibkarlığın inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaq istiqamətində növbəti addımlar atılıb. Azərbaycan prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşıb. Onun sözləriylə desəm, ölkənin inkişafı sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Dünən cənab prezident tərəfindən növbəti qərarlar qəbul edilib. Birincisi sahibkarlıq subyektlərində  yoxlamalarla bağlı qanun qəbul edilib. Cənab prezident qanunvericilik təşəbbüsü göstərərək, bu barədə Milli Məclisə qanun lahiyəsi təqdim etdi. Bu gün isə artıq Milli Məclisdə qanun qəbul edildi”. 

Nazir deyi ki, sənədin mahiyyəti sahibkarlıq subyektlərində bu ilin noyabr ayının 1-dən aparılan yoxlamaların dayandırılmasıdır. 

“Yəni ölkə başçısı tərəfindən noyabrın 1-dən sonra 2 il müddətində sahibkarlıq subkeytlırində yoxlamalar dayandırılacaq. İkincisi isə xüsusi lisenziya verilən sahəyə dair prezident tərəfidnən müvafiq fərman imzalanıb. Bu fərmana uyğun olaraq, bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə veriləcək. Eyni zamanda,  cənab prezident tərəfindən göstəriş verilib ki, 1 ay ərzində lisenziyanın verlməsi qaydası sadələşdirilisin. Bu sahədə həm də lisenziyaların sayı kəskin azalacaq.

İqtisadiyyat və Sənaye Nazirliyində “qaynar xətt” yaradılıb. Mən bir daha bütün sahibkarlara müraciət edirəm ki, qanunsuz yoxlamalarla bağlı nazirliyin “qaynar xətt”inə müraciət etsinlər”.

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan prezidenti tərəfindən verilən göstərişlərin hələ  hamısı yerinə yetirilməyib. 

“Mən ixracın təşəviqilə bağlı sənədləri misal gətirə bilərəm. Bu istiqamətlərdə işlər gedir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46412

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48051

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47275

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 19:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru