Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2015
16:35
İlqar Məmmədovun bədənində işgəncə izləri var

Vəkil Cavad Cavadov ReAL sədri İlqar Məmmədovun döyülməsi ilə bağlı baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman Elmira Süleymanovaya müraciət edib.

Daxil olan müraciətdə Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin 2 saylı Cəza Cəkmə Müəssisəsində cəza çəkən İlqar Məmmədovun bu gün görüş zamanı oktyabrın 16-da Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən döyüldüyünü və bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, hüquq mühafizə orqanlarına-qanuni tədbirlərin görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət ünvanlamağı  bildirilib.

"İlqar Məmmədovun deməsinə görə o aşağıdakı şəraitdə döyülmüşdür: 16.10.2015-ci il tarixdə təqribən saat 15-30 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəza Çəkmə Müəssisəsinin müdriyyətinin oturduğu inzibati binaya çağırıblar. Burada Şakir adında rəis müavinin yanına apartıdırb, orda qəflətən rəis müavini və orda olan müəsisənin Çingiz adında əməkdaşı ona bir neçə zərbə sinəsindən və başından vurduqdan sonra, itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına aparıb burada hər üçü onu vurmağa başlamış, yerə yıxıb təpiklə zərəbər vurmuşlar. Döylmənin səbəbini həmin cəzaçəkmə müəssisəsində cəza çəkən Rinat Yusifovun adının internet media resurslarına onun tərəfindən guya ötürülməsi bildirildi. Eyni zamanda, rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə onun buradan sağ-salamat çıxmayacağı bildirilib",-deyə vəkilin müraciətində qeyd olunub.

Vəkil İlqar Məmmədovun bədənində xəsarətlərin qaldığını bildirib: "Onun boybunun arxasında göyərti olduğunu müşahidə etdim, eyni zamanda, İlqar Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil, lakin bunun nəticəsi olaraq başında şişlər var. Yaranmış və baş ağrıları hələ də qalır. Həmçinin, İlqar Məmmədov bir aydan çoxdur telefonla zəng etmək hüququndan məhrum edilib və müraciətlər nəticəsiz qalıb. Sadaladıqlarımın nəzərə alaraq İlqar Məmmədov təhlükəsizliyinin təmin olunmasına göstəriş verəsiniz". (Meydan.tv)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13457

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12117

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13550

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13124

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18494

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12993

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13131
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 13:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru