Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2015
12:22
1425
`Azərbaycan neftin ucuz qiymətinə hazırdır`

Azərbaycanın xarici aktivlərinin yüksək səviyyəsi neftin qiymətinin ucuzlaşmasının ölkə iqtisadiyyatına neqativ təsirinin yumşaldılması üçün gözəl buferdir, Bu barədə Moody's Investors Service öz tədqiqat məruzəsində məlumat verib.

Məruzədə qeyd edilir ki, xarici və yerli valyutada dövlət istiqrazlarının reytinqi sabit proqnoz ilə Vaa3-ə bərabərdir.

Agentliyin fikrinə görə, neftin qiymətinin ucuzlaşması Azərbaycanın neft asılılıqlı iqtisadiyyatına yetərincə təsir edib. Bununla yanaşı, ölkənin 42 milyard dollardan ibarət neft ehtiyatları 2015-ci ilin ikinci rübünün sonunda neftin ucuz qiymətinə uyğunlaşmağa imkan verir, məruzədə deyilir.    

“Yetərli valyuta ehtiyatları sayəsində hökumət neftin ucuz qiyməti, inkişafın səviyyəsinin və maliyyə gəlirlərinin aşağı olduğu zaman ərzində özünə daha geniş maliyyə çatışmazlığına icazə verə bilər”, - Moody's-in vitse-prezidentinin köməkçisi Sebastyan Beker bəyan edib.

“Bununla yanaşı, Azərbaycan öz neft-qaz sektorundan daha çox asılıdır, ona görə də o, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında müdafiəsiz qalır”, - o deyib.

“Ölkə qeyri-neft sektorunun inkişafı zamanı neft-qaz gəlirindən asılı qalacaq”.

Moody's qeyd edir ki, iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi müqabilində nüvə proqramını saxlamalı olduğu İran ilə nüvə enerjisinə dair razılaşması neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsirini qismən azalda bilər.

Amma İranın neft bazarına qayıdışı nəticəsində neft təchizatının artması 2016-cı ildə neftin qiymətini ucuzlaşdıracaq, İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi, Azərbaycana qonşu İran ilə əmtəə dövriyyəsini və investisiya yatırımının genişləndirilməsindən gəlir əldə etməyə imkan verəcək.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
770

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
40

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
66

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 00:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru