Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2015
11:02
511
Azərbaycanda yeni vergi növləri tətbiq edilə bilər

Azərbaycanda gələn il vergi daxilolmaları bazasının genişləndirilməsi gözlənilir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zaman vurğuladığı məqamlar da təsdiq edir.

Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük orqanları şəffaf və səmərəli işləməlidir və belə olan təqdirdə büdcəyə daha çox vəsait toplaya bilərlər: "Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir".

"Report" Analitik Qrupu dünya ölkələrində əlavə vergitutma mənbələrini araşdırıb. Bir çox Avropa ölkəsində, həmçinin Türkiyədə zənginlik vergisi və lyuks kateqoriyasına aid mallara tətbiq olunan vergi növləri mövcuddur. Məsələn, Fransa büdcə kəsirini bağlamaq üçün 2013-2014-cü illərdə illik gəliri 1 mln. avrodan artıq olan hüquqi və fiziki şəxslərə 75% vergi tətbiq edib. Türkiyə isə bu günə qədər "Özel Tüketim Vergisi" adı altında xüsusi vergi tətbiq edir ki, bu da lyuks mallara şamil olunur.

Dünya təcrübəsində də qlobal böhran zamanı əsasən zəngin sinfin vergi yükü artırılır. Bu da kiçik və orta sahibkarlara yönələn əlavə vergi yükünün qarşısını alır. 

Azərbaycan inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək aşağıdakı yeni vergi növləri tətbiq edə bilər:

1. Çoxmənzilli bina evlərində 200 kv.m-dən artıq sahəsi olan mənzillərə, villa tipli evlərə əmlak vergisi tətbiq oluna bilər. Burada da şəhərdaxili və şəhərdənkənar zonalarda vergitutma fərqli olmalıdır.

2. Lyuks mallara, əsasən də xaricdən idxal olunan bahalı mallara yüksək vergi tətbiq oluna bilər. Bu mallara bahalı saatlar, brend zinət əşyaları, aksessuarlar aid ola bilər.

3. Motor gücü 4000 kub.sm-dən artıq olan avtomobillərə əlavə vergi tətbiq etmək mümkündür.

4. İdxal olunan, amma ölkə daxilində də istehsal olunan mallara əlavə gömrük və vergi rüsumunun tətbiq olunması.

5. Xaricdən idxal olunan bahalı spirtli içkilər və siqaret məmulatları və s.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
305

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
387

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
444

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
917

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
542

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
520
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 14:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru