Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2015
15:50
Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir

İki həftədən çoxdur Sumqayıt-Bakı yolunda sürüşmə olduğu üçün hərəkətin intensivliyi bir qədər azalıb. Buna səbəb yolun avtobuslar üçün ayrılan hissəsinə hərəkətin bağlanmasıdır ki, belə olan halda avtobuslar yolun ortasında saxlamağa məcbur olurlar. 

Əlaqədar orqanlar sürüşmənin davam etdiyini söyləyirlər. Yoldan gündəlik istifadə edənlər də dəyişiklikləri hər gün müşahidə edirlər. Misal üçün, sürüşmənin ilk günlərində sadəcə avtovağzalın üst hissəsindəki yolda çatlar yaransa da, sonrakı günlərdə Sumqayıt-Bakı yolunun hərəkət hissəsində də çatlar görünməyə başladı. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də təsdiqləyib.

“Yəqin ki, Bakıdan Sumqayıta gedəndə ağırlıq Avtovağzal tərəfə düşdüyünə görə həmin sahədə sürüşmə aktivləşib. Biz səbəbi təxmin edə bilirik. Lakin daha doğru nəticə üçün yolu çəkənlərin necə konsktruksiya qurduqları, yolu necə çəkdikləri barədə məlumat verməlidirlər. Bundan sonra sürüşmənin nə üçün yolun sol istiqamətdə hərəkət etdiyini müəyyən edə bilərik”-deyə Ə.Piriyev əlavə edib.

Bəzi mütəxəssislər isə bildirirlər ki, yolun çökməsinə səbəb Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yolların kənarında yaradılan təpəciklərin sulanmasıdır.

Sözügedən məsələ ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı və “Azəryolservis” rəhbərlik səviyyəsində yolun onlara aidiyyəti olmadığını bildirirlər. Dolayısı yolla məsuliyyəti boyunlarından atırlar.

Bəs onda kimdir bu yola cavabdeh? Kimdir yolun çökməsinə səbəb olan?

Mən cavabını bilirəm. Bilməyənlərə deyim.

Demək bu yolda kimlərinsə məsuliyyətsizliyi ucbatından sürüşmələr davam edəcək və bir gün yolda maşınların sıx olduğu vaxt fəlakət baş verəcək. İnsan tələfatı olacaq. 5, 10, 15 nəfər. Artıq bu rəqəmin əhəmiyyəti olmayacaq. Səbəbkar axtarışına başlayacaqlar. Səbəbkar isə bilirsiniz kim olacaq, o yaşıl təpələri suvaran fəhlə. Eyni ilə yanan binada olduğu kimi. Bütün media o üzlüklərin zərərli olması barədə aylar öncə yazdı, amma baxan olmadı. Binəqədidə bina yanıb, 15 nəfər öldükdən sonra əl-ayağa düşdülər.

Niyə əlaqədar orqanlar bu məsələyə müdaxilə etmirlər? Bütün yazılı və elektron mediada Bakı-Sumqayıt yolunun tikintisini həyata keçirən şirkət barədə məlumat var. Məgər bu yolun tikintisi “Azəryolservis”in nəzarəti altında həyata keçirilməyib? Axı məsuliyyəti boyundan atmaqla iş həll olunmur. Bizim bəzi məmurlar öyrəşiblər. Gərək kimsə onların vəzifəsinin öhdəsindən gəlmədiyi barədə yaza, prezident toplantı keçirə, müdaxilə edə, barmaq silkələyə və ondan sonra həmin sahənin işi canlana.  

Aqil Mehdi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
292

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru