Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2015
15:20
541
Azərbaycanda cəza çəkən məhkum əsgərlərin sayı AÇIQLANDI

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov oktyabrın 14-də Müdafiə Nazirliyinin tabeliyində olan Salyan rayonu, Xıdırlı qəsəbəsində yerləşən “N” saylı intizam xarakterli hərbi hissədə olub.

Bu haqda məlumat verən komitə sədri orada cəza çəkən məhkum-əsgərlərlə görüşdüyünü deyib:

“Burada hərbi xidmət zamanı cinayət törədən əsgərlər saxlanılır. Məhkəmənin qərarı ilə cəza alan əsgərlərin sayı təxminən 50 nəfərdən azdır. Onların hamısı saxlanma şəraitindən, zabitlərin onlara qarşı münasibətindən razıdır. Məhkum əsgərlər yeməklərinin yaxşı olduğunu, hər gün ətlə hazırlanmış milli xörəklər verildiyini dedilər. Əsgərlərdən ibarət mühafizə xidmətinin nəzarəti altındadırlar, tam qapalı şəraitdə saxlanılırlar. Onları harasa aparıb işlətmirlər. Gündəlik hərbi dərslərlə, silah-sursatla davranış qaydalarını öyrənirlər. Geyimləri, saxlanma şəraitləri təmizdir. Məhkum-əsgərlər orada hərbi geyimdədirlər, amma kəmərləri  və bəzi əşyaları götürülüb.

Onların sözlərinə görə, Zakir Həsənov müdafiə naziri təyin edilənə kimi orada vəziyyət çox pis olub. Tez-tez mübahisələr düşürmüş. İndi isə hər şey yaxşılığa doğru dəyişir”.

Elçin Behbudov məhkum-əsgərlərin intizam xarakterli hərbi hissəyə düşmə səbəblərinə də aydınlıq gətirib:

“Onlar müxtəlif səbəblərdən buradadır. Cəzaları 1 ildən çox deyil. 5 ay, 8 ay və s. cəza alanlar var. Onu da qeyd edim ki, cəza müddəti bitdikdən sonra onlar hərbi hissəyə qayıdaraq xidmətilərini başa vururlar. Nəzərinizə çatdırım ki, məhkum-əsgərlər arasında ölüm, zabitlər tərəfindən döyülmə halları olmayıb. Həmçinin onlar günaşırı vərəm xəstəliyinə görə yoxlanışdan keçirlər”.

Hüquq müdafiəçisi məhkum əsgərlərin bəzi narazılıqlarının olduğunu və bununla bağlı hərbi prokuror Xanlar Vəliyevlə görüşəcəyini bildirib:

“Bəzi məhkumlar məhkəmənin qərarından, istintaqın gedişindən narazıdır. Onlardan bir neçəsi ilə söhbət zamanı bəlli oldu ki, hətta bir sillə, söyüşə görə həbs cəzası alıblar. Mən onlarla razılaşıram. Çünki, onlar bu hərəkətlərinə görə hərbi hissədə 15 günlük hauptvaxta da salına bilər. Bunları nəzərə alaraq yaxın günlərdə respublikanın hərbi prokuroru cənab Xanlar Vəliyevlə görüşəcəyəm”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
104

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
123

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
354

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
220

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
235

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
262
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 10:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru