Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
22:08
820
Nə üçün bəziləri Məhərrəm ayının yetişməsindən nigarandırlar?!

Məhərrəm ayı gəldi. Hamı öz təfəkkür və düşüncə tərzinə uyğun olaraq, bu aydan öz xeyrinə istifadə etmək niyyətindədir. Bəziləri mənəvi, bəziləri isə maddi baxımdan. Bu ayın gəlişinə narahat olanlar da az deyil. Bu ayda maddi gəlirlərində fasilə yarananlar.

Bir çoxları da, bu aydan özləri üçün reklam roliki kimi istifadə edirlər. Bir müddətdən sonra artıq bu ayı müxtəlif mənasız yanaşmalarla təndiq edərək, gündəmə gəlmək məqsidilə bir-birilə yarışa çıxanların “yazıları” internetdə yerləşdirilməyə başlayacaq.

Bir sözlə cəmiyyətdə canlanma müşahidə olunur.

Bəzən hər hansı bir şəxsin hansısa tarixi hadisə və şəxsiyyət haqqında dediyi sözlər onun intellekt səviyyəsindən xəbər verir. Və yaxud sözü deyənin məşhur olması, həmin hadisənin nə dərəcədə ciddi olmasını göstərir.

Elə bu səbəbdən tarixi çevriliş yaradan şəxslər nəinki mənsub olduğu millət, həm də özgələri tərəfindən də təqdirə layiq görülmüşlər. Və bəzən də öz mənsub olduğu millət onlara layiqli qiymət verə bilməmişdir.

İslam tarixində min illər öncə baş vermiş Kərbala hadisəsi dediyimizin bariz nümunəsi sayıla bilər. Çünki bu hadisə və onun qəhrəmanları haqqında, qeyri müsəlman alimlərinin işlətdiyi ifadələr insanı valeh etməyə bilməz. Həmin şəxslərin həyatları ilə cüzi də olsa tanış olduqda, dedikləri sözlərin savadsızlıq ucbatından deyil, əksinə vicdan, insaf və həqiqətpərəstlik çeşməsindən qaynaqlandığının şahidi oluruq.

Böyük ingilis yazıçılarından olan Çarlz Dikkens deyir:

Əgər Hüseynin (ə) apardığı müharibədən məqsədi öz dünyavi istəklərinə yetişmək idisə, onda mən anlamıram ki, nə üçün həyat yoldaşı, bacısı və uşaqları onunla birgə idilər?!. Belə olan halda, əql, onun yalnız İslam üçün fədakarlıq etdiyi hökmünü verir.

Alman mütəfəkkiri Tomas Man:

Əgər İsa Məsihlə Hüseynin fədakarlığı müqayisə olunsa, Hüseynin fədakarlığı daha dəyərli nəzərə çarpacaq. Çünki Məsih özünü fəda etməyə gələn zaman həyat yoldaşı və övlad sahibi və ondan sonra ailəsinin hansı aqibətə düçar olacaqları fikrində deyildi. Amma Hüseynin həyat yoldaşı və ataya ehtiyacı olan azyaşlı övladları var idi.

Alman tarixçisi Kurt Frişler:

İmam Hüseyn fədakarlıqda, özünü fədaetmədən də irəli addım atdı və övladlarını da fəda etdi. Hüseynin fədakarlığa olan sabit qərarı mütləq şəkildə nə inad və nə də şəxsi istəklər üzündən deyildi. O, əqlinə itaət edərək, öz yüksək əqidə və hədəflərinin tam əksinə Yezidə beyət edib yaşamaqdansa, mütləq şəkildə fədakarlığı qərara almışdı. Bilirik ki, Hüseyn özünü öldürülməyə tam hazır etmiş və özünü fəda etməyə əzimli idi. Öləcəyinə yəqini olduğu halda nə üçün sakit durmur, qılınc vurur və at çapırdı ?!.Hüseyn öldürülmək üçün sakit durmağı, öz əqidə və hədəfləri uğrunda mərdlik və cihada yad bilirdi. Hüseynin nəzərində səni öldürmək üçün baş əymək və buna razı olmaq intihar hesab olunurdu. İgid və imanlı bir şəxs isə intihar etməz.

Məşhur ingilis mütəfəkkiri və tarixşünası Tomas Karlayl:

Kərbəla hadisəsindən öyrəndiyim ən gözəl dərs budur ki, Hüseyn və ardıcıllarının Allaha möhkəm imanları var idi.Onlar öz əməlləri ilə göstərdilər ki, haqq və batilin üz-üzə gəldiyi yerdə, say göstəricisi əhəmiyyətli deyil. Hüseynin az saylı ardıcılları ilə yaratdığı qələbə, məni heyrətləndirib.

Amerikalı yazıçı və siyasətçisi Vaşinqton İrvinq:

Hüseyn üçün Yezidə təslim olaraq həyatına davam etmək imkanı da var idi. Lakin müsəlmanların başçısı məsuliyyəti onu Yezidi xəlifə kimi tanımağa icazə vermirdi. O, tezliklə özünü İslamı Bəni Uməyyənin caynaqlarından xilas etmək üçün əzab və əziyyətlərə atdı. Quru çölün yandırıcı Günəşi altında … Hüseynin ruhu faniliyi qəbul etməzdir. Ey mənim pəhlivanım, ey mənim şücaət nümunəm, Hüseyn!

Fransız mütəfəkkiri Moris Dokbri:

Hüseyn insanların şərəf, namusu və İslamın yüksək mərtəbəsi xatirinə öz canı, malı və övladlarından keçib, Yezidin istismar və zülmünə tabe olmadı. Gəlin biz də onun yolunu öz həyatımızın modeli qərar verib, yezidkimilərin əlaltısı olmaqdan nicat tapıb, izzətlə ölməyi, zillətlə yaşamaqdan üstün tutaq. Çünki izzətlə ölmək, zillətlə yaşamaqdan daha yaxşıdır.

Fransalı Professor Marbin:

Mən, İslamın yaşaması, inkişafı və müsəlmanların təkamül rəmzinin Hüseynin şəhid olması və o qəmgin hadisələrin baş verməsi əqidəsindəyəm. Müsəlmanların ağıllı siyasəti və həyat qurucu proqramlarının icrasının mümkünlüyü Hüseynə əzadarlıq sayəsində olmuşdur. Bu əzadarlıqlar müsəlmanlar arasında mövcud olduqca, onlar heç kimsənin əsarətini qəbul etməyəcəklər.

Həyatımıza stimul verməsi, düşmənlərin bizi öz hədəfimizdən yayındırıb öz istədikləri səmtə aparmamaları, müstəqilliyimiz yolunda daim vüqarla, özünəinamla addımlamaq və bu yolda kimsənin əmr və göstərişlərinə tabe olmamaq, övladlarımızın vətənpərvərlik ruhununda böyüməsi, Şəhid Mübarizlərin sayının gündən-günə artması, canımızla, qanımızla torpaqlarımızı azad etməyə həmişə hazır olmağımız üçün Məhərrəm ayı bizlərə daha da qüvvət verir. Məgər bu ay bizi əxlaqsızlığa, narkomaniyaya, intihara, oğurluğa, şərabxorluğa, iffətsizliyə, vətəni satmağa, qeyrətsizliyə və bu kimi aşağı həyat tərzinəmi dəvət edir. Məgər haqqında onlarla film çəkilən, bütün tarix kitablarında olan, Kərbəla hadisəsindən də çox-çox öncə baş vermiş və insanlığa azadlıq nümunəsi kimi aşınalınan “Üç yüz spartalı ” hadisəsindən, hansısa uca hədəflərdə geri qalırmı Məhərrəm. Əsla!. Onda nə üçün bəziləri bu ayın yetişməsindən nigarandırlar?!.

Deməli kimsə bizim, özümüz və azad olmağımızı yox, başqasının və kölə olmağımızı istəyir…

Rüfət Qulizadə

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
240

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
965

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
176

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
342

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
209

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
263
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 06:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru