Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
10:29
777
Azərbaycanda daha bir yeni hərbi hissə açılıb - FOTO

FaktXəbər-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, yeni hərbi hissədə tikilən obyektlərin açılışı olub.

Nazirliyin rəhbərliyi yeni inşa edilən qərargah, əsgər yataqxanaları, təbliğat materialları ilə tam təmin olunmuş ideoloji, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, interaktiv tir, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Müdafiə naziri bildirib: “Bu gün yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Biz Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsini görürük. Müasir, yeni tələblərə cavab verən qərargah, əsgər yataqxanaları, yeməkxana, digər xidməti və inzibati binalar sizin istifadənizə verilib".

Z.Həsənov qeyd edib ki, Silahlı Qüvvələrdə tikinti işləri sürətlə və durmadan davam edir: "İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq. Eyni zamanda Silahlı Qüvvələrin istifadəsinə ən müasir döyüş texnikası, silah-sursat və yeni avadanlıqlar verilir. Sizin hərbi hissə də ən müasir zirehli döyüş texnikası ilə silahlanıb. Bir qədər əvvəl hərbi hissənin döyüş texnikasının yerləşdiyi saxlanclara baxdıq, aparılan işlərlə maraqlandıq və görülən tədbirlərin yüksək səviyyədə olduğunun şahidi olduq.

Biz hər birimiz xidmət yerimizdə çalışmaqla qələbəmizi yaxınlaşdırırıq. Məqsədimiz birdir: qısa müddətə torpaqlarımız işğaldan azad olunmalıdır. Bu vəzifəni yerinə yetirmək üçün bütün Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır. Bir daha Ali Baş Komandanı və xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və uğurla yerinə yetirməyə hazırdır”.

Sonra çıxış edən birlik komandiri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1437

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
408

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
152

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1157

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
948

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2293

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
995
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 02:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru