Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
09:46
575
Azərbaycanda baxımsız uşaqlar üçün sığınacaq yaradılır

Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.

Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən öyrənmək mümkün olacaq: “Uşağı həmin yerə yerləşdirdikdən sonra bir neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq. Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa, valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq və ya onu məsuliyyətə cəlb etmək olar”.

Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.

Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
681

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
37

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
65

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 22:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru