Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2015
13:05
775
Şəmkirdə məscidin söküntüsü dayandırılıb - FOTOLAR

Bu barədə AzadXeber.az-ın əməkdaşı məlumat verir.

Məlumatda qeyd olunur ki, Azərbaycanın müxtəlif bölgələrindən gələn inanclıların və kənd sakinlərinin etirazından sonra bu addım atılıb.

İnanclılar adından rəsmilərlə görüşən nümayəndələrə bildirilib ki, məscidin sökülən künbəzi bərpa ediləcək və 10 gün ərzində sənəd məsələləri öz həllini tapacaq. Bundan əlavə məscidin tikintisinə lazım olan köməkliyin ediləcəyi vəd olunub.

*******

Dünən axşam saatlarından etibarən sosial şəbəkələrdə, Azərbaycanda yeni bir məscidin sökülməsi ilə bağlı görüntülər yayımlanıb.

Məlumata əsasən  Şəmkirin Zəyəm qəsəbəsində yerli əhalinin öz hesabına inşa etdiyi məscidin sökülməsi üçün əraziyə ağır texnika gətirilib. Yerli sakinlər etiraz etdikdən sonra dağıntı işləri müvəqqəti olaraq dayandırılıb.

Yayılan digər bir məlumata görə isə məscidin sökülməməsi üçün adı qeyd olunmayan orqan əməkdaşları əlavə 40 min manat pul tələb edirlər. İddiaya görə məbləğ verilməsə məscidin söküntüsü reallaşdırılacaq. 

Şəmkirdə məscidin həyətinə toplanan inanclılar: "Məscidin günbəzi dünən axşamdan sökülərək, məscidin həyətinə qoyulub" deyiblər .

Məlumata görə gecədən bu yana məscidin həyətinə ətraf rayonlardan, Bakıdan və cənub zonasından 100-dən çox inanclı gəlib.

Özünü Şəmkir Rayon Polis İdarəsinin rəisi kimi təqdim edən Füzuli adlı şəxs məscidin ərazisinə gələrək inanclılara məsələni hüquqi yolla həll etməyi və buranı tərk etməyi göstəriş verib.  Əldə etdiyimiz son məlumatlara görə Bakıdan Şəmkirə gedən dindarlardan ikisi Elşən Haşımov və məddah Kamran Fərat danışıqlar aparmaq üçün polis bölməsinə yollanıb.

a

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
133

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
76

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
58

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
56

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
155

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
173

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
111

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
117

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
198

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
129
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 15:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru