Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2015
11:57
313
Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib

Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib. Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində cərimələyib.

O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cəzalandırılıb.

Ə.Əsgərov Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərovun pensiyasının düzgün hesablanmaması barədə iddia qaldırıb. O, DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə verib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2379

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2237

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1736

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1486

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
223

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 18:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru