Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2015
16:40
İqtisadi həyəcanlar - ANALİZ

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclası keçirilib. 

İclasın gedişi və iqtisadiyyatın durumu barədə informasiyalar hələ ki, yayımlanmayıb.

 “Turan” Agentliyi ənənəvi qaydada situasiyanı izləyir və ölkənin iqtisadi həyatının ikinci yarım ilinə dair aşağıdakı təhlili nəzərə çatdırır:  

Avqust ayı iqtisadiyyat üçün həyəcanlı oldu. Neftin qiyməti daha sürətlə düşdü. Ən başlıcası, o, $50-dan da ucuz oldu, hərçənd neftin barrelinin $50-65 dollar dəhlizində olacağı deyilirdi.

Əgər bir şey labüddürsə, buna hansısa yolla uyğunlaşmaq mümkündür. Amma iqtisadiyyatımızın problemlərindən biri budur ki, böhran son məqama qədər etiraf edilmir. Hökumət öz iqtisadi siyasətini cari vəziyyətə reaksiya rejimində yürüdür, sistemli antiböhran proqramı qəbul etmir.

Sanki narahatlıq üçün ciddi səbəb yox idi. 7 ayda ÜDM artımı 5,6% (nominal ÜDM 6,3% azalıb) olub. Qeyri-neft sektorunda 9,2% artım var. Beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları elə də nikbin deyillər. Amma etiraf edirlər ki, iqtisadiyyatın əlverişsiz konyunktura dözmək üçün davamlılıq ehtiyatı var.  Moody`s hesab edir ki, ilin sonu üçün ÜDM artımı 1%, gələn il 1,7% olacaq. Qara Dəniz Ticarət və İnkişaf Bankı hesab edir ki, ÜDM artımı bu il 2,5% olacaq, 2016-cı ildə 2% azalacaq.

Standart&Poors hesab edir ki, 2015-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5%-i qədər olacaq. Nəzərə almaq lazımdır ki, rəylərin çoxu neftin kəskin ucuzlaşmasından əvvəl olub.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 2015-16-cı illərdə iqtisadi parametrlər üzrə daha nikbindir. QDTİB-ə görə, bu il nominal ÜDM 58977,8 mln manatdan ($75188,4 mln) 56394,5 mln manata ($55670,8 mln) düşəcək. Amma 2016-cı ildə nominal ÜDM 62677 mln manata ($65152,8 mln) çatacaq. Bir nəfərə düşən ÜDM xeyli azalaraq 2014-cü ildəki $7985,9-dan bu il $5803,3-a düşəcək, gələn il $6702,3-a artacaq.

Bank özünün ölkə üzrə 2015-2018-cü illər üçün strategiyasında gözləyir ki, 2015-ci ildə 1 dollar 1,01 manat, 2016-cı ildə 0,96 manat olacaq. Bank əmindir ki, fevral devalvasiyası qiymətlərə təsir etməyəcək. 2015-ci ildə istehlakçı qiymətləri indeksinin artımı (CPI) 1,3%-ə düşəcək. Gələn il inflyasiya 3%-ə çatacaq. Burda ciddi fərq var. Beynəlxalq maliyyə institutları 8-10% inflyasiya vəd edir. Bazar da belə siqnallar verir.

2015-ci ilin 7 ayında illik hesablamada inflyasiya 3,7% olub. Bu, son 30 ayda ən yüksək göstəricidir. Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq 2014-cü ilin yanvar-mayı ilə müqayisədə 5,8%, qeyri-ərzaq malları 2,9%, xidmətlər 1,2% bahalanıb.

Mal və xidmət qiymətləri fevraldakı devalvasiyadan sonra artdı. O vaxt hökumət şirkətlərə qarşı bir sıra inzibati tədbirlər gördü ki, devalvasiyadan itkiləri azalsın. Bir qədər gözləyəndən sonra əməliyyatlarda dollar işlədilən sektorlarda – ticarət, turizm, yaşayış və kommersiya əmlakı bazarı, tikinti və s-də qiymətlər artacaq. Bir sıra sahələrdə, məsələn, sığortada problemlər özünü qarşıdakı aylarda göstərəcək.

Niyə dünyada qiymətlər düşür, Azərbaycanda isə əksinədir? Ekspert Samir Əliyev bunu Azərbaycan bazarının baş verənlərə adekvat olmaması ilə izah edir.

Məsələn, ilin əvvəlində Rusiyada mallar kəskin ucuzlaşdı, Azərbaycanda isə əvvəlki qiymətlər qaldı. Və ya dünya bazarında qızıl xeyli ucuzlaşdı, Azərbaycanda isə bunu kimsə hiss etmədi, deyə o bildirir. Benzinlə bağlı da eyni vəziyyətdir. Dünyada benzin iki dəfə ucuzlaşıb, Azərbaycanda əvvəlki kimidir. SOCAR benzini ölkədən kənarda ölkədəkindən ucuz satır. Səbəb gömrükdəki korrupsiya, inhisarçılıq, liberal iqtisadiyyatın olmamasıdır, deyə ekspert düşünür.

Hökumətdə hələ də əminlik qalır ki, iqtisadi artımın zəifləməsi qismən xarici valyuta ilə olan ehtiyatların (2014-cü nəticələrinə əsasən ÜDM-in 70%-) əhəmiyyətli səviyyəsi ilə gücləndirilmiş dövlət xərclərinin təşəbbüslərilə kompensasiya edilə bilər.

Bir çox şeyləri 2016-cı ilin büdcəsi aydınlaşdıracaq. Onu noyabrın 1-dək qəbul edəcəklər. Hökumət istəyir ki, büdcəni parlamentin köhnə tərkibi qəbul etsin. Yəqin, ona görə ki, əvvəl qəbul eidlən qərarların yükü yeni tərkibin üzərinə düşməsin. Yeni büdcənin parametrləri məlum deyil. Yalnız o bilinir ki, 2016-cı ilin büdcəsində neftin barreli 50 dollar hesablanacaq. Standart&Poors-un rəyinə görə, bu il büdcə kəsiri 9%-dək olacaq. Analitiklər əmindir ki, büdcə ixtisar ediləcək. Büdcənin gəlirlər hissəsinin minimum 15% azaldılacağı deyilir. 25-30% rəqəmi də səsləndirilir. Xarici müşahidəçilərin fikrincə, büdcə balansını qorumaq üçün dövlət xərcləri azaldılacaq. Burda təşviş üçün əsas yoxdur. Əvvəla, son 2 ilin büdcəsi əvvəlki illərdən zəif artırdı. İkincisi, büdcə artımı iqtisadiyyata investisiyalarla bağlı idi, onu isə əhaliyə problem yaratmadan azaltmaq olar. Həmçinin təcrübədən bilirik ki, iqtisadiyyatın aktiv büdcə investisiyalaşması xarici və daxili investorların motivasiyasımı zəiflədir, korrupsiya riskini artırır.      

Standard & Poors agentliyi hesab edir ki, 2015-ci ildə neftin barreli $55, 2016-cı ildə $65 olacaq. Ona görə manatın devalvasiyası üçün əsas görmür. Amma agentlik institusional səmərəlilik, pul-kredit çevikliyini zəruri hesab edir.

Hökumət anlayır ki, ixrac tələbatı artdığı şəraitdə iqtisadiyyatda daxili tələbat artırılmaıdır. Məhz buna görə aktiv sosial siyasət barədə danışıqlar əhaliyə olan jest deyil. Sosial xərclər büdcəyə təzyiq etmir, iqtisadi mənada onlar tələbatın və inkişafın qarantıdır, kapitalı yeni kapitala çevirir, inkişafda qeyri-bərabərliyi transformasiya edir. Bu mənada sosial vergiyə iqtisadi səmərəli istinad vacibdir. Daxili tələbatın artırılması üçün çox şey çatışmır – azad iqtisadiyyat, dəqiq sosial siyasət, kiçik və orta biznesə xüsusi diqqət. Fevral devalvasiyasından sonra ilk qiymət artımının qarşısını inzibati yolla almaq mümkün oldu. AZAL hakimiyyətin tapşırığından yayınmaq istədi. Nəhayət, o, öz loukoster reyslərini açdı. Türkiyənin “Pegasus” və Macarıstanın “WizzAir” aviaşirkəti ölkəyə qayıdır. Hakimiyyətin müvafiq bazarda bir neçə oyunçu ilə işi çox az hallarda olur. Səhiyyə Nazirliyinin qiymət artımına qadağa qoyduğu dərman sayı avqustda 800-ə çatıb. Tezliklə apteklərdə digər dərmanlar bahalandı, sonra isə yoxa çıxdı.

Mənzil tikintisi qeyri-müntəzəm də olsa, artıb. Tikinti sektoru hələ investisiya mərhələsindədir. Onun xərcləri azalsa da, gəlirlərdən 2,6 dəfə çoxdur. Bir il əvvəl bu göstərici 4,1 dəfə idi. AMB bu hesablamaları bankların kassa dövriyyəsi statistikası ilə aparır. Bu ilin I yarısında tiknti şirkətləri və kooperativlərin satış həcmi 238,354 mln manat, bir il əvvəl 199,483 mln manat (+19,49%) olub. Tiknti şirkətləri xərclərini 826,210 mln-dan 626,336 mln manata (-24,19%) azaldıb. Bu kövrək müvazinəti nə qədər saxlamaq mümkün olacaq – demək çətindir. İpotekaya yeni vəsaitlər ayrılması sektorda müəyyən canlanma yarada bilər.

İqtisadiyyatın bir sıra sektorlarında azalma var. Dünya avtomobil bazarında artım olsa da, regionda, o cümlədən Azərbaycanda avtomobil bazarında azalma var. 7 ayda Azərbaycana $45 mln məbləğində 2519 avtomobil gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 10377 avtomobil azdır. Şəhərin mərkəzində bahalı mağazaların bir çoxunun bağlanması sensasiyadır. Bu, onların xərcləri azaltmaq məqsədi ilə yeni metodlara keçməsi ilə də bağlı ola bilər. 

Avqustda kənd təsərrüfatına artan maraq sezildi. Görünür, 7 ayda kənd təsərrüfatında 8,9% artım (ötən ilin eyni dövründə 4,2% azalma) hökuməti qane dir. Bəlkə də, kənd təsərrüfatı naziri hökuməti inandıra bilib ki, bu sektorun açılmamış çoxlu imkanları var. Bir arqumenti inandırıcı saymaq olar: 2015-ci ildə taxılçılıqda 100 ilin məhsuldarlıq rekordu olub – 1 hektardan 30,5 sentner. Əgər bu, doğrudursa, ötən illə ciddi fərq var – o vaxt məhsuldarlıq hektardan 22 s idi. Nazirin sözlərinə görə, meyvə və tərəvəz istehsalında da rekord göstəricilər qeydə alınıb. 

Ölkə heyvandarları yaxşı dəstək alıb. Avqustun əvvəlində prezident xaricdən cins mal-qara alınması üçün 15 mln ayrılması və hər yeni buzova görə 100 manat (fermerləri təşviq üçün) ayrılması barədə qərar verib. Bu ay prezident Əliyev «Heyvandarlığın maddi-texniki təminatı üzrə əlavə tədbirlər haqqında» fərman da imzalayıb və cins heyvandarlıq üzrə xüsusi mərkəz yaradılacaq. Bu ay 7 təsərrüfat Rusiyaya ət məhsulları ixrac etmək hüququ əldə edib. Nazirlər Kabinetinin qərarı ilə fermerlərə gübrə almaq üçün verilən subsidiya həcmi artırılıb.

Əlbəttə, heç də hər yerdə hər şey yaxşı deyil: son illər fermerlik pambıqçılıqdan çıxmaqda davam edir. Geri alınmış mövqelərin itirilməsi xüsusilə pisdir. “CTS Agro” fermerlərlə 10 min kv m pambıq becərilməsi barədə saziş imzalayıb. ABB-dəki problem üzündən fermerlər qalan vəsaiti ala bilmir, nəticədə 1-1,5 min ton pambıq məhv ola bilər. Bu, 70 fermeri müflis edəcək. Onlar bu məhsul üçün 173 min manat kredit götürüb. Kənd təsərrüfatının yüksək texnikalı sahələrində yenə problemlər qalır.  

Əlbəttə, ilk növbədə aqrar sığorta və aqrar kredit üçün şərait yaradılmalıdır. Bir sıra şirkətlər istisna, sığorta bazarı aqrar sığortaya hazır deyil.

AzSığorta-nın Direktorlar Şurasının sədr müavini Aleksandr Kananadze bu problemə gözlənilməz münasibət bildirib. O, aqrar sığorta problemlərini statistikanın olmaması və təsərrüfatların aparılması metodları ilə əlaqələndirib. O bildirir ki, iri holdinqlər müasir texnologiyalardan istifadə edir, fermerlər isə biznesi köhnə qayda ilə aparır. Onları eyni qaydada sığortalamaq olmur, nəticə əmsalını və birinin o birindən asılılığını hesablamaq çox çətindir. Bu səbəbdən aqrar sığorta ziyanlı olmasın deyə hər şey düzgün hesablanmalıdır. Düzgün hesablanmaq üçün düzgün statistika lazımdır. Onun sözlərinə görə, bu statistika uzundr (10-15 il əvvəl, hava da nəzərə alınmaqla). Görünür, bu sahəyə həvəs göstərənlər çox azdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
292

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 00:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru