Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2015
10:45
557
`Azərbaycanda maliyyə amnistiyası olmalıdır`
Qubad İbadoğlu: Neft gəlirlərinin azalması amnistiyanı zərurətə çevirir

Neftin qiymətinin üzüaşağı gedişi, neft pullarının azalması, ölkə iqtisadiyyatının da neftdən asılı olması kimi məsələlər ölkədə maliyyə amnistiyası məsələsini yenidən gündəmə gətirib. Hökumət nümayəndələri maliyyə amnistiyasının tətbiqini real saymır, ekspertlər isə bunun vacibliyini vurğulayırlar.

Maliyyə amnistiyası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Uzun müddət ölkədə müzakirə olunan məsələ ilə bağlı qanun layihəsinin də hazırlandığı bildirilirdi. Ancaq son olaraq maliyyə naziri Samir Şərifov maliyyə amnistiyasının mümkünsüzlüyünü vurğulayıb. Nazir Azərbaycanda kiminsə qeyri-leqal pullarını ortaya çıxaracağına inanmır.

Maliyyə nazirinin sözlərinə görə, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxalq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da üzərinə bir çox öhdəliklər götürüb. Konvensiyada müəyyən olunmuş müddəaları aşan şəxslər və ya təşkilatlara qarşı Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidməti sanksiyalar tətbiq edir.

Ekspertlər isə bildirirlər ki, amnistiyanın şərtləri dəqiq və şəffaf olmalıdır. Əks halda, onu həyata keçirmək mümkün olmayacaq. Həmçinin, bildirilir ki, kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə zəmanət verilmir. Yəni buna təminat yoxdur. Buna görə də məmur oliqarxlar vəsaitlərini üzə çıxarmaq istəmirlər. Üstəlik, oliqarxlar qazandıqları qeyri-leqal pulları ailə şirkətləri vasitəsi ilə leqallaşdırıblar.

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda post-neft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarında biri maliyyə amnistiyası olmalıdır: “Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunmasını zərurətə çevirib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşviqinə xidmət edə və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər”.

Ekspertin sözlərinə görə, xüsusilə də vergi ödəyiciləri ilə münasibətləri “təmiz səhifədən başlamaq” və dövlət büdcəsi üçün əlavə gəlir toplamaq, bütövlükdə isə investisiyaları stimullaşdırmaq məqsədilə bu təcrübədən bir çox ölkələr müxtəlif illərdə yararlana biliblər. Məsələn, büdcəyə ümumi vergi amnistiyası nəticəsində 1995-ci ilə Argentinada 9,9 milyard dollar, 2001-2002-ci illərdə İtaliyada 1,4 milyard dollar, 2003-2004-cü illərdə Cənubi Afrika Respublikasında 8 milyard dollar, 2004-2005-ci illərdə Almaniyada 1,2 milyard avro, 2004-cü ildə Belçikada 496 milyon avro vəsait cəlb edilib. “Son illər ABŞ-ın 45 ştatında 60-dan çox vergi amnistiyası həyata keçirilib ki, bunun da nəticəsində ştat büdcələrinə 2,1 milyard  dollar vəsait yığılıb. Tətbiq olunan amnistiyaların ən qısamüddətlisi Şimali Karolinada 3 gün, ən uzunmüddətlisi isə Oklahoma ştatında 6 ay olub. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökumətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir”,- deyə Q.İbadoğlu vurğulayıb.

Ekspert Vüqar Bayramov da deyib ki, Azərbaycanda maliyyə amnistiyasının tətbiq edilməsinə ehtiyac var: “Biz Azərbaycanda maliyyə amnistiyasının olmasının tərəfdarıyıq. Maliyyə amnistiyasının olmasının müsbət cəhətlərindən biri odur ki, dövlət büdcəsinə əlavə vəsait daxil olacaq. Eyni zamanda investisiya mühitinin daha da genişlənməsinə təkan verəcək”.

Onun sözlərinə görə, adıçəkilən amnistiyanın olması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində vacibdir: “Bu baxımdan Azərbaycanda maliyyə amnistiyasının tətbiqi arzuolunandır. Amnistiya mərhələli şəkildə həyata keçirilməlidir. Konkret meyarlar üzrə həyata keçirilməsi vacibdir. Digər ölkələrin təcrübəsi göstərir ki, maliyyə amnistiyası iqtisadiyyatın daha da sağlamlaşmasında və qeyri-neft sektoruna investisiyanın yatırılmasında əhəmiyyətlidir”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
286

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
190

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
220

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
255

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
286

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
276

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
847

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
653
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 07:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru