Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2015
10:39
566
Azərbaycanda daşınmaz əmlakla bağlı yeni qaydalar qüvvəyə mindi

Azərbaycanda “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” təsdiqlənib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Ekspertiza zamanı sənədlərin həqiqiliyinə ciddi şübhə yaranarsa, hüquqların dövlət qeydiyyatı 1 ay müddətinə dayandırılır.

Sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə daxili işlər orqanlarına məlumat verilir. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatından imtina edilməsi halında, ödənilmiş dövlət rüsumu nəzərdə tutulmuş əsaslara görə imtina edildikdə isə xidmət haqları da qaytarılır.

Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi alındığı tarixdən 3 gün müddətində aradan qaldırır.

Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və belə əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi (13 nömrəli əlavə) əsasında (ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur).

Daşınmaz əmlak tikintisinə icazə tələb olunan obyektdirsə yerli icra hakimiyyəti orqanı tərəfindən onun sökülməsinə verilmiş icazə əsasında ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
110

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
102

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
208

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
152

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
105

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
116

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
132

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
172

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
132

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
116
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru