Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2015
15:20
Diqqət: Azərbaycanda kəskin virus infeksiyası yayılıb

“Azərbaycanda qripəbənzər kəskin respirator virus infeksiyası yayılıb. Bununla bağlı müraciətlər olur, amma kəskin qrip xəstəliyi qeydə alınmayıb”. 

Bu barədə açıqlamanı Klinik Tibbi Mərkəzin (KTM) hava-damcı infeksiyası  şöbəsinin həkimi Nigar İsmayılova bildirib. 

Onun sözlərinə görə, respirator virus infeksiyası ilə bağlı müraciət edənlər arasında üstünlüyü hamilə qadınlar təşkil edir: “Artıq payız-qış mövsümü olduğundan bu virus geniş yayılıb. Hamilə qadınların immuniteti zəif olduğu üçün bu virusa yoluxma daha tez nəticələnir. Bundan əlavə ürək-damar, ağciyər xəstəliyinin daşıyıcılarına da bu virus fəsad verir. Belə xəstələrdə yuxarı tənəffüs yollarının xəstəliyi daha ağır formada keçir”. 

Həkim yuxarı tənəffüs yollarının müxtəlif əlamətləri ilə onlara müraciətlər olunduğunu deyib: “Müxtəlif əlamətlərlə bizə xəstələr gəlir ki, onlar da müalicə olunaraq evə yola salınıb”. 

Nigar İsmayılova onu da əlavə edib ki, bir gündə müraciət edənlərin konkret sayı məlum olmasa da, qəbulunda olanlar daha çox ağırlaşmış xəstələr olur: “Konkret bizdə ölüm faktı olmayıb. Qripdən yox, amma qripin fəsadlarından konkret ölüm ola bilər. Miningit və zaringitdən ölüm halları istisna deyil”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Qarabağ veteranı” adıyla 135 min mənimsədi

13

Dekabr
15:08
HÜQUQ,HADİSƏ
127

İraqda güclü partlayış: on ölü

13

Dekabr
11:41
DÜNYA
221
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 15:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru