Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2015
16:36
Səudiyyənin iki pis arasında seçim şansı - ANALİZ

Müharibəni dövlətlər yaradır və elə müharibə də onları məhv edir. Bu gün Səudiyyə Ərəbistanı anaxronizmi, dövrün qəddar müstəmləkə imperiyalarını və mütləq monarxiyanı təmsil edir.

Buna oxşar dövlətlər artıq nəinki Avropada, hətta Asiyada da yoxa çıxıb. Ər-Riyad ancaq neft satışından əldə etdiyi gəlir və az miqdarda turizmə görə ayaq üstə dayana bilib. İdeoloji cəhətdən isə bu dövlət elə İŞİD-dir, sadəcə beynəlxalq aləm tərəfindən tanınıb.

Ancaq onu da deyək ki, sakit dövrlərdə həyata keçirilə bilən şeylər, çətin dövrlərdə mümkün olmaya bilər. Yəməndə hərbi avantüraya əl atan Ali Səud çox gec anladı ki, dünyada artıq faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir və əgər o biri qlobal konflikt ondan yan keçmişdisə, bu dəfə elə olmayacaq.

Yəməndə Ər-Riyad tam fəlakətə uğramasa da, gözlə-görüləsi məğlubiyyətə doğru addımlayır.

Husilər, istər keçmiş hərbçilər olsun, istərsə də sadəcə könüllülər nəinki səudların kommunikasiya və dayaq nöqtələrini dağıdır, həm də Səudiyyə Ərəbistanın öz ərazilərində  reydlər həyata keçirir.

Hər 3-4 gündən bir Krallığın növbəti zirehli kalonunun məhv edilməsinin videosu paylaşılır. Belə reydlərin birində - sentyabrın 27-də Səudiyyə generalı İbrahim Həmzi öldürülmüşdü.

Nəhəng monarxiyanın ordu ehtiyatı çox olsa da, belə itkilər heç bir yaxşı perspektiv vəd etmir. Səudiyyə Ərəbistanının hərbi büdcəsi 80 milyard dollar təşkil edir. Əgər müharibə bu intensivliklə davam etsə, gələn il xərclər Çininkinə yaxın olacaq.

Sentyabrın 4-də  koalisiya ən böyük itkilərlə üzləşdi. Yəmənin Marib əyalətində «Nöqtə» taktiki raketi ilə BƏƏ-nin ön düşərgəsi vuruldu. Nəticədə BƏƏ-nin 52 hərbçisi və Səudiyyə Ərəbistanının, Bəhreynin, o cümlədən yerli müttəfiqlərin əsgərləri də daxil olmaqla 100 nəfər öldü (Bu hələ rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı dəfələrlə çox olub). Bildirilir ki, bundan əlavə çoxsaylı zirehli texnika, döyüş sursatları anbarları və koalisiyanın həmin istiqamətdə olan bütün «Apaçi» helikopterləri məhv edilib.

Fars Körfəzi monarxiyaları Yəmənə qarşı döyüşlərdə Qərb silahlarından, Səudiyyə Ərəbistanı isə konkret Amerika silahlarından istifadə edir. Sülh dövründə bu cür asılılıq əhəmiyyət daşımırdısa da, müharibə vaxtı «cibə» daha çox ziyan vurur: okeanın o tayında olan zirehli texnika  istehsalçıları alıcısının vəziyyətini bilərək mal üçün xüsusi qiymət  təyin edir ki, bu da bazardan üç dəfə baha başa gəlir. Nəzərə alsaq ki, ABŞ-ın ən böyük borc öhdəçilərindən biri Səudiyyə Ərəbistanıdır, Vaşinqtonun buradakı mənfəəti sadəcə inanılmazdır.

Lakin  Səudiyyə Ərəbistanın əsas problemi nə silahda, nə də  puldadır. Məsələ insanlardadır. Krallığın əsgərləri ilk atışmadaca öz maşınlarını tərk edib qaçmağa üz tuturlar. Bu da mövcud həqiqəti bir daha təsdiq edir: döyüş ruhu və motivasiyanı pula almaq olmaz, o, möhkəmlədə bilər, ancaq sıfırdan yarada bilməz. Ordu göz görəsi dağlıq və Yəmənin şəhərlərinə hücum etmək istəmirlər, Ər-Riyadın  müttəfiqləri isə istər yerli, istərsə də dəvət olunanlar, onları şiə rayonlarında nə gözlədiyini bilərək praktiki olaraq açıq şəkildə hücumu sabotaj edirlər.

Yerdə qələbə qazanmaqdan əllərini üzmüş müdaxiləçilər aviasiyaya üstünlük verməyə başlayıblar. Lakin aviazərbələr əsasən yaşayış binalarına tuş gəlir, Yəmən kanalları isə hər gün kütləvi qətliamları nümayiş etdirir. Ləyaqətli cəmiyyətdə bu cür hərəkətlərə hərbi cinayət deyilir, lakin istər Avropa Birliyi, istərsə də ABŞ «nəzakətli şəkildə» görməzdən gəlirlər. Havadan terrorla Ər-Riyad yəmənliləri qorxutmaq istəyirdi, lakin görünən odur ki, bunun əvəzinə yəmənlilərin qətiyyətini və nifrətini artırır.

Ali Səud öz məğrurluğunun tələsinə düşüb. Yəməndən məğlub şəkildə öz qoşunlarını çıxara bilmir – barbar bombardmanlardan qəzəblənmiş yəmənlilər intiqam üçün Səudiyyə ərazisinə gələcəklər. Ən pisi isə onların bir qisminin başı koalisiya ilə mübarizəyə qarışıbsa da, qoşunların  çıxarılması bu insan resurslarının düşmən yuvasına giriş qapısını açacaq.

Müharibəni uzatmaq isə ən kədərli nəticələrə – nəhəng resursların itirilməsinə, ölkədə parçalanmanın baş verməsi ilə hökumət avtoritetinin düşməsinə səbəb ola bilər.

Yaxşı variant qalmadığından bu iki pisdən biri seçilməlidir.

Krallıq ailəsinin məhz öz əraziləri üçün narahat olmağa az səbəbləri yoxdur və bu, təkcə cənuba, cənub-qərbə aid deyil. Əsasən şiələrdən ibarət şərq əyaləti  Əş-Şərkiya çoxdandır ki, Ər-Riyadın baş ağrısına çevrilib. Hakim sülaləni uzun illərdir ki, dəbdəbəli həyatla təmin edən Krallığın bütün neft ehtiyatı məhz burada yerləşir.

Əgər cənub qarışarsa, bu alov tezliklə Şərq əyalətinə də keçə bilər, hansı ki, öz növbəsində narahat Nəcranla sərhəddədir. Səudiyyə Ərəbistanın şiə əyalətləri əvvəllər də ayağa qalxmışdılar. Lakin o dövrlərdə onların xaricdən və xüsusən Yəmən həmfikirləri tərəfindən dəstəkləri olmamışdı. 

Bundan başqa, şimal təhlükəsi də mövcuddur. Əgər İŞİD  xəritədə bu və ya başqa şəkildə qalmağa davam edərsə, Səudiyyə Ərəbistanı onun əsas hədəfi olacaq. Həm geosiyasi, həm iqtisadi və həm də ideoloji səbəblərdən – iki vəhhabi imperiyası yan-yana dəqiq yola getməyəcəklər. İki cəbhə ilə vuruşmamaq üçün Ər-Riyad var-qüvvəsi ilə Yəməndə qələbəyə çalışacaq, ancaq bu qələbə üçün onun yetəri qədər gücü olmadığı da bir faktdır.

FaktXəbər Analitik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
235

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
248

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
411

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
351

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 00:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru