Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2015
11:54
Dollarla olan kreditləri manata çevirən zaman nələrə diqqət yetirmək vacibdir
İqtisadçı alimdən məsləhətlər

Xarici valyuta, xüsusən də dollar ilə olan kreditlərin milli valyutaya çevrilməsi ilə bağlı suallar son zamanlar ən çox ünvanlanan müraciətlərdəndir. Bir sıra riteyl bankların dollar ilə kreditləri manat çevirmək ilə bağlı müraciətlərindən sonra potensial devalvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Nəticədə, kommersiya bankları nəinki məzənnə hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar. Dollar ilə olan kreditləri manata çevirən zaman nələrə diqqət yetirmək vacibdir:

1. Müddətin uzadılmaması. Bankların əksəriyyəti belə əməliyyatlarda dollar ilə olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edilər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir;

2. Uzadılan müddət üzrə faizin hesablanmaması. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır;

3. Faizlərin dəyişdirilməməsi. Bir sıra banklar dollar ilə kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir;

4. Aylıq ödənişin azalmasına şirnikləşməmək. Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir;

5. Konvertasiya məzənnəsinə diqqət yetirmək. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidirlər. Buna görə də, sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.

Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən aslıdır.

Dr.Vüqar Bayramov / iqtisadçı-alim

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru