Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2015
23:24
Sərkisyan Qarabağa görə ABŞ-a təşəkkür etdi

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa hər il göstərdiyi milyonlarla dollar yardıma görə ABŞ Konqresinə təşəkkür edib.

ABŞ-da işgüzar səfərdə olan Ermənistan prezidenti Nyu-Yorkdan Vaşinqtona yola düşüb. O, sentyabrın 30-da Beynəlxalq Raul Vallenberq Fondunun Konqresdə onun şərəfinə təşkil etdiyi qəbula qatılıb. Tədbir iştirakçıları arasında 20-dək konqresmen, o cümlədən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roys, həmçinin ABŞ-ın erməni icmasının nüfuzlu nümayəndələri də olub.

E.Roys həm də Konqresdə 94 amerikalı qanunvericini birləşdirən erməni məsələləri üzrə qrupun üzvüdür. Qrup 1995-ci ildə erməni-amerikalı lobbi qrupu kimi yaradılıb və Azərbaycanın etirazına baxmayaraq 1998-ci ildən Dağlıq Qarabağa birbaşa 60 milyon dollar ayrılmasına nail olub.

Vəsaitin təxminən yarısı 1991-1994-cü illərdə Azərbaycan-Ermənistan münaqişəsi zamanı dağılan evlərin bərpasına və humanitar əməliyyatlara xərclənib.

S.Sərkisyan Vaşinqtondakı tədbirdə deyib ki, Dağlıq Qarabağa göstərdiyi humanitar yardıma görə amerikalılara və ABŞ Konqresinə böyük təşəkkür edir: "Qarabağ əhalisi üçün bu, təkcə humanitar yardım deyil, bunun mənəvi əhəmiyyəti də var. Diktatura yolu seçən Azərbaycanın daimi təxribatlarına baxmayaraq "Dağlıq Qarabağ Respublikası" azad və demokratik dövlət qurmaq səylərini davam etdirir. Qarabağ xalqının azadlığa, öz gələcəyinə yol açmaq və demokratik cəmiyyət qurmaq əzmi sarsılmazdır".

Tədbirdən sonra S.Sərkisyan Vaşinqtonda Amerika Erməni Assambleyasının, "Ay dat" ofisinin və Ermənistan İnqilabi Federasiyasının (Daşnaksütyun) Şərq sahili qanadının rəhbərliyi ilə görüşüb. Görüşdə prezident Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən danışıb, Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
125

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
231

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
155

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
172

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132

Avtobus qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

21

Noyabr
10:45
HÜQUQ,HADİSƏ
215

Bakıda yağışa görə sürət həddi endirildi

21

Noyabr
10:37
NƏQLİYYAT
135

Xarici valyutaların manata qarşı məzənnələri

21

Noyabr
09:25
İQTİSADİYYAT
241
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 15:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru