Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
15:11
404
Turistlər Azərbaycana gəlmək istəmir - Zahid Oruc

“Büdcədə neftdən gələn gəlirlərin azalması hakimiyyətin rəqiblərinin sevinməsinə səbəb olur. Ancaq buna sevinməsinlər. Neftin qiymətinin aşağı olması hakimiyyəti daha məsuliyyətli olmağa məcbur edir”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclis komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdəc zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc deyib.

Zahid Oruc Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərin qaytarılmaması məsələsinə də münasibət bildirib: “Yəni 6 milyarda yaxın bir vəsaitin yoxa çıxması necə mümkündür? Bu araşdırılmalıdır”.

Deputat AZAL-ın özəlləşdirilməsi təklifini də səsləndirib: “AZAL-la bağlı demək istəyirəm ki, bu quruma dotasiyalar ayrılır. Amma artıq AZAL özəlləşdirilməlidir.

Bu gün hər kəsə bəllidir ki, istər dövlət, istərsə də özəl sahədə səhiyyə xidmətləri pulludur. Bunların özəlləşdirilməsi xəstələrin ora müraciət etməsinə və yaxud da tibb xidməti almasına məcbur etməyəcəkmi? Xəstəxanalara da pul ayrılır, amma onlar da özəlləşdirilsə, daha yaxşı olar. Çünki dövlət xəstəxanaları bütün tibbi avadanlıqlarla təmin olunsa da, onlardan dövlətə heç bir xeyir yoxdur.

Manatın devalvasiyasının 34,5 faiz olmasını insanlar yalnız 12 faiz hiss edirlər. Bu mövzu ilə bağlı bəzi iqtisadçılar yalnış fikirlər səsləndirdiyindən insanlar da bunu səhv başa düşürlər”.

Milli Məclıis üzvü Azərbaycandan kiçik olan ölkələrə, o cümlədən Gürcüstana 5 milyondan çox turist gəldiyini də diqqətə çatıdırıb: “Amma bizdə turistlər gətirdikləri vəsaitin 70 faizini otellərə qoyub gedirlər. Bu səbəbdən də turistlər ölkəmizə gəlmək istəmirlər. Demək olar ki. otellərimizdə qiymətlər çox bahadır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilmir. Təbii ehtiyatlarla zəngin olan bir ölkəyə turistlərin gəlmək istəməməsinin başlıca səbəbi məhz türizm xidmətlərinin baha olmasıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-ya aid hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
53

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
56

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
133

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
62

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
175

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
135

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
149
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru