Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
11:46
Tanınmış hüquqşünas QMİ-ni `yıxıb-sürüdü`

«Burada Qafqaz Müsəlmanları İdarəsinin 10.000 AZN əmək haqqı alan nümayəndələri öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Növbəlilik yoxdur, şəkərli xəstələr, təzyiqi olan qadınlar saat 14:00-dan 50 dərəcə istidə zülm çəkə-çəkə hava limanında gözlədiyi halda, 14 sentyabrda gələnlər yola salınır. Zəvvarlarla maraqlanan yox, su-yemək təklif edən yox».

FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Həcdən qayıdan tanınmış hüquqşünas Qurban Məmmədov Ciddə hava limanında qarşılaşdığı  dəhşətli mənzərəni anladarkən bildirib.

Onun sözlərinə görə, aeraportda ən tərbiyəsiz münasibət azərbaycanlılara qarşı olub: «Başqa ölkələrin zəvvarları hava limanına gələndən qısa müddət sonra yola salınır. Bizimkilər isə Məkkədə hotelə əlavə pul ödəməsinlər deyə, camaatı gətirib 50 dərəcə istidə töküblər hava limanına».

Burda da yerlibazlıq, dostbazlıq məsələsinin olduğunu, insanlara sadəcə heyvani münasibət göstərilodiyini deyən hüquqşünas daha sonra gördüklərini belə anladır: «Bir qadının: "Bilsəydim belədir həcc ziyarətinə gəlməzdim" - deməsi ürəyimi ağrıtdı. Təyyarə olmaya bilər, ancaq zəvvarlara xidmət göstərmək, ən azından su ilə təmin etmək vətəndaşlardan 5000 dollar alan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsidir».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19196

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17822

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19172

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18748

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24291

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18731

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18886
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 09:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru