Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
10:44
3601
Azərbaycanda xalqa kərə yağı adı ilə palma yağı yedizdirirlər
Eyyub Hüseynov: «Palma yağı bədən temperaturundan yuxarı həddə əridiyi üçün çox arzuolunmazdır»

Daxili bazarda bir sıra keyfiyyətsiz məhsulların olması günümüzün acı reallıqlarından biridir. Bu sırada iqtisadçı-ekspert Vahid Məhərrəmov  “Facebook” səhifəsində istehlakçıların aldadılmasından bəhs edərək 2014-cü ildə ölkəyə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunduğunu bildirib. Ekspert bu qədər yağın güman ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib.  V.Məhərrəmov gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsinin açıqlanmadığını, palma yağının kərə yağı adı altında istehlakçılara satıldığını bildirib:

Bunu da oxuyun

ŞOK! Mağazalardan aldığımız düyülər PLASTİKDƏN belə hazırlanır - VİDEO

Xarici görünüşünə görə kərə yağına çox oxşar olan palma yağından süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər. Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satır, külli miqdarda gəlir əldə edilər. Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov daxili bazarda palma yağından istifadə edilməsi faktını təsdiq edərək istehlakçıların mənafeyinə ciddi ziyan vurulduğunu söyləyir. Eyyub bəy bildirir ki, palma yağı bədən teperaturundan yuxarı temperaturda əriyir. Bu yağın çox arzuedilməz yağ olduğunu diqqətə çatdıran qurum sədri onun insan orqanizmi üçün ziyanlı olduğunu vurğulayır:

“Satışda olan kərə yağlarının fərqli qiymətə təklif edilməsi və onların müxtəlif yağlılıqda, dadda olması insanda şübhə doğurur. Palma yağından qatığın, xamanın və digər süd məhsullarının hazırlanmasında istifadə olunması barədə bizə məlumatlar gəlir. Təəsüf ki, biz onun tədqiqatını apara bilməmişik. Əhalinin bizə bu barədə şikayətlərinə, onların  dediklərinə laqeyd yanaşılmamalıdır. Bu işdə əsas şərt ictimai rəydir. Çalışırıq ki, bu məsələyə aydınlıq gətirək və əhali kərə yağı adı altında həmin məhsulu istehlak etməsin”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
256

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
328

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
392

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
860

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
496

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
476
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru