Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
21:48
875
Azərbaycan Ordusu bu raketləri də sınaqdan keçirdi - FOTO-VİDEO

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, atışlarda Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verilib.

Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyub vəfat edib

24

Sentyabr
13:28
ÖLKƏ
46

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
125

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
115

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
219

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
178

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
119

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
122

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
139

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
182

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
140
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru