Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
16:23
1134
Azərbaycandan Türkiyəyə MİLYON DOLLARLIQ toy sifarişi

Neftin ucuzlaşması və gələn ilin büdcəsinin gəlirlərinin 5 milyard dollara yaxın az proqnozlaşdırılması azərbaycanlı zənginlərin büdcələrinə təsir etməyib.

Türkiyə KİV-ləri xəbər verir ki, azərbaycanlı zənginlər özlərinə yeni maraqlı əyləncə kəşf ediblər. Bu dəfə onlar İstanbulda büdcəsi milyonlarla dollar təşkil edən toylar sifariş edirlər.

Belə ki, Türkiyə toy turizmi üçün Yaxın və Orta Şərqdən, habelə Hindistandan olan zənginlərin son vaxtlar daha çox üstünlük verdiyi ölkələrdən biridir. Hindistanlı zənginlər son vaxtlar tez-tez Türkiyədə öz milli ənənələrinə uyğun toylar sifariş edirlər.

Turizm Media Qrupunun qurucusu Volkan Ataman deyir ki, gələn il İstanbulda hər birinin büdcəsi 8-10 milyon dollara qədər çıxa bilən hind toyları keçiriləcək və bu toyların səs-küyə səbəb olacaq.

Volkan Ataman Hind toylarının Orta Şərqin zənginlərinin Türkiyəyə axınına səbəb olacağını deyib. Onun sözlərinə görə, Hindistandan ötən il bir çox zəngin müştərilər İstanbulda öz milli ənənələrinə uyğun toy sifariş ediblər. Gələn il üçün isə azı 10 hind toyu üçün sifariş alınıb. Bu toyların hər birində 2-3 min adamın iştirak edəcəyi, büdcəsinin isə 8-10 milyon dollar olacağı gözlənilir.

Toy turizmi üçün İstanbulu seçən müştərilər arasında Səudiyyə Ərəbistanı, Azərbaycan və Qazaxıstandan olanlar üstünlük təşkil edir. Onlar hərəsinin büdcəsi azı 1 milyon dollar və daha çox olan 50-dən çox toy sifariş veriblər. Söhbət “Min bir gecə” nağıllarını xatırladan dəbdəbəli toy mərasimlərinin təşkilindən gedir.

Xatırladaq ki, azərbaycanlı zənginlər dəbdəbəli toylar üçün təkcə Türkiyəni seçmirlər. Bu yaxınlarda virtualaz.org xəbər vermişdi ki, Azərbaycandan olan bir zəngin Fransanın Lacivərd sahillərində dəbdəbəli toy sifariş verib. O, dünyanın ən məşhur şəxsləri - milyarderlər və estrada ulduzları, şahzadələr və bir günlük əyləncəyə milyonlarla avro xərcləyən biznesmenlər üçün dəbdəli toy mərasimləri təşkil edən məşhur britaniyalı prodüser Sara Heyvudun müştərisidir.

Sara Heyvud dünyanın çox zəngin adamlarına xidmət göstərən ən məşhur prodüserdir. Onun prodüser qrupu adı “Fortune 500” siyahısında (dünyanın ən məşhur və ən zəngin adamlarının reytinqi) olan şahzadələrə və estrada ulduzlarına, milyarderlərə xidmət göstərib.

Sara Heyvudun yaxın aylarda toy sifarişi aldığı müştərilərdən biri də Azərbaycandandır. Həmin müştəri Fransanın Lacivərd sahillərində yerləşən Sen-Trope kurort şəhərində toy sifariş verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
115

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
104

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
210

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
159

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
110

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
118

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
134

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
175

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
134

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
118
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru