Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
15:14
1789
Rusiya İŞİD-i Azərbaycandan vurur - FOTO

Qərbi mediasında Rusiya ordusuna məxsus “Tu-154” laynerinin müşayiəti ilə 6 “Su-34” bombardmançı təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etməklə Suriya ərazisinə keçdiyi barədə xəbərlər yayıb. Təyyarələr Rusiyanın Çeçenistan Respublikasının Mozdok şəhərində yerləşən hərbi bazasından səmaya qalxıb.

Qırıcıların uçuş marşurutunun Azərbaycan , Xəzər dənizi , İran və İraq üzərindən olduğu bildirilir. 

Lenta.ru saytının məlunatına görə, çəkilən şəkillərin birində “Su-34” tipli qırıcı təyyarələrinin çox aşağıdan uçduğu görünür. 

İddiaya görə, altı qırıcı təyyarənin Suriya ərazisində yerləşən Latakiya şəhərindəki hərbi bazaya enib.

Rusiya qırcılarının Suriyaya keçmək üçün Azərbaycanın xəritədə göstərilən hava sahəsindən istifadə etdiyi iddia edilir (qırmızı rənglə işarələnıb) 

Pilotlar bilərəkdən sərnişin təyyarələrinin hərəkət etdiyi yollardan yan keçiblər. İraq üzərindən hərəkət edən zaman təyyarələr radio-sükut rejimində olublar, Suriyanın hava məkanına endikdə isə heyətlər arasında əlaqəni yenidən bərpa ediblər. 

Aşağıdan uçduğu iddia edilən “Su-34” təyyarəsi

Rusiya bir müddət əvvəldə Suriya ərazisindəki hərbi möcudluğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 70-ci sessiyasında Rusiya prezidenti Vladimir Putin və Barak Obama arasında keçirilən görüşdən sonra Putin verdiyi açıqlamada Suriyadakı hərbi mövcudluğunu birdaha bəyan edib. Prezident bildirib ki, Rusiya İŞİD -lə mübarizədə Suriyaya hərbi dəstəyini artıracaq, lakin birbaşa əməliyyatlara qoşulmayacaq. 

Suriya ərazisində Rusiya ordusunun xüsusi təyinatları

Bir müddət əvvəldə Rusiya ən böyük sualtı gəmisini, ordunun ən güclü hərbi təxnikaları sırasına daxil olan "Vladimir" tankı daxil olmaqla 10 tankını və yüzlərlə xüsusi təyinatlı əsgərini Suriya ərazisində İŞİD-lə mübarizə aparmaq üçün göndərdiyi iddia olunurdu.

Hətta Rusiyanın Latakiya şəhərində hərbi baza tikməsi barədə məlumatlar yayılıb. Məlumatlar ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən təstiqlənib.

Son məlumata görə isə Rusiya Federasiya şurası Rusiya hərbi hava qüvvələrinin Suriya ərazisində istifadəsinə icazə verib. 

Latakiya şəhərində Rusiyanın tikdiyi iddia olunan hərbi bazanın peykdən görüntüsü

Regionda hərbi münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycanında adının burada hallanması hansısa qüvvələrin Türkiyədən sonra ölkəmizidə terrorla sınağa çəkmək fikirində olduğunu ortaya qoyur. Çünki İŞİD terrorçularını bombalamaq üçün Azərbaycanın hava məkanından istifadə olunması barədə yayılan iddialar birbaşa ona qarşı mübarizə aparmaq deməkdir.

Məlumdur ki, ABŞ və onun müttəfiqləri Rusiyanın Suriyada hərbi mövcüdluğundan narahatdır. Belə bir məqamda bu tip xəbərlərin yayılması son dövrlər Azərbaycanın Qərblə gərginləşən münasibətini daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilir.

Latakiya şəhəri - Azərbaycanın hava məkanından keçməklə Suriya ərazisinə enən təyyarələrin bu şəhərdə olduğu iddia edilir

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1437

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
408

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
152

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1157

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
948

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2293

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
995
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 02:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru