Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
13:57
664
Azərbaycanlı diplomatlara xəbərdarlıq: QANUN DƏYİŞDİ!

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə əlavə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə deputat Azər Kərimli məlumat verib.

Bildirilib ki, yeni layihədə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan layihədə bildirilir ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Maddənin hazırkı variantı isə belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".

“Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir.

Əlavədən sonra 11.2 maddəsi belədir: “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".

Layihə səsə qoyularaq qəbul olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1439

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
410

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
160

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1159

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
950

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2295

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
997
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 05:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru